Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


28/08/2020

Seçicilərimizlə növbəti görüşümüz oldu

Dünən axşam dairəmizin Zülfü Adıgözəlov, Nabat Aşurbəyova (Mustafa Sübhi), Murtuza Muxtarov, Şamil Əzizbəyov küçələri və Azərbaycan prospektində olduq, seçicilərimizlə görüşdük. Sakinlərimizlə üz-üzə gəlib, oturub dərdləşmək, söhbətləşmək ayrı bir hissdir. Seçkiqabağı təşviqat kampaniyası zamanı şahidi olduğumuz mehriban münasibəti bir daha hiss etdik.
Bayır şəhərin (Sovetski) camaatının istiqanlılığı möhtəşəmdir. Mütləq evə dəvət edəcəklər, dayanıb hal-əhval tutacaqlar. Seçkidən əvvəl evində olduğumuz Vaqif dayı ilə, birinci Qarabağ müharibəsində döyüşçülərimizlə çiyin-çiyinə Vətənimizin bütövlüyü uğrunda savaşmış snayperçi qadın kimi tanıdığımız Cəvahir xanımla rastlaşdıq. Cəvahir xanımın kiçik həyətində min cür bitki var, çiçəyi, meyvəsi ilə. Bizi ən sevdiyi bitkisi - hind narı ilə tanış etdi. İlk dəfə idi görürdük. Bitkiçilik sahəsindəki "rəqib"i isə qonşusu Vaqif dayıdır. Şəkildə gördüyünüz üzümü o yetişdirib. Dərmansız, gübrəsiz. Bu üzüm növünü o, vaxtilə Özbəkistandan gətirib.
Fürsət düşmüşkən dairədə görülmüş işlərə bir daha nəzər yetirdik, həlli vacib problemləri eşitdik, həyətlərdə olduq. Bayır şəhərin ən böyük problemi kiçik sahəli evlər, dar həyətlər və təmir məsələsidir. Seçicilərimizin ən çox verdiyi sual da budur: nə vaxt köçəcəyik?
Təbii ki, dövlətimizin imkanları daxilində Bakımızın abadlaşdırılması tədbirləri çərçivəsində sakinlərə yaşayış sahələrinə görə kompensasiya verilib, bir qismi köçüb, qalanları isə gözləyir. Bu prosesdə özəl şirkətlər də aktiv olmalıdırlar, çünki ərazinin bir hissəsi məhz tikinti işi ilə məşğul olan sahibkarlara ayrılıb. Təəssüf ki, koronavirus pandemiyası ilə əlaqədar iqtisadi çətinliklər fonunda tikinti sektoru da ziyan görür. Ancaq ümid edək bu vəziyyət müvəqqətidir. Normal həyat bərpa olunan kimi proses yenidən canlanacaq!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ