Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


26/01/2021

Dünən dairəmizin daha dörd qəhrəman övladlarına baş çakdik

Dünən dairəmizin daha dörd qəhrəman övladı - qazilərimiz İsmayılov Bəhruz, İsmayılov Behnur, Nurizadə Ağaqasım və Əliyev Əliyə baş çakdik. Bəhruz və Behnur qardaşdırlar, ikisi də Vətən müharibəsi iştirakçılarıdırlar. Bəhruzun ayaqlarından minaatan mərmisinin qəlpələri dəyib, yaralanıb. Hazırda müalicə olunur. “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. Bəhruzla ötən dəfə qonağı olduğumuz qazi Ülvi Salayev möhkəm dostdurlar. Hərbidə də birgə döyüş yolu keçiblər, eyni zirehli maşının üstündə yaralanıblar. Bəhruz yaralı olmasına baxmayaraq, Ülvinin döyüş meydanından çıxarılmasında başlıca rol oynayıb.
Qardaşı Behnur hərbi xidmətdən bu günlərdə qayıdıb. “Laçının azad olunmasına görə” medalı var. Əslən Bakıdan olmasına baxmayaraq, Laçının gözəlliklərini çox sevdiyini deyir. Qardaşların atası Aydın İsmayılov Birinci Qarabağ savaşının qazisidir. Bəhruz 5 yaşında atasının həlak olan döyüş yoldaşlarının şəkillərinə baxıb, böyüyüb qisas alacağını deyibmiş. Qisasını alıb. Anaları deyir ki, ataları müharibəyə gedən övladlarına bərk-bədk tapşırıb ki, “öldürməyə gedirsiniz, şəhid olun, amma əsir düşməyin”.
Digər qazimiz Ağaqasım Daşaltı kəndində yaralanıb. Hər iki ayağından güllə, sol ayağından minaatan qəlpəsinin yarasını alıb. Həkimlərimizin savadlı müdaxiləsi ilə bu gün artıq ayaqüstədir. Həyata inanılmaz dərəcədə pozitiv baxışı var. Vətən müharibəsindən ancaq müsbət xatirələrini danışır. Döyüşlərə könüllü gedib, bu xəbəri anasına qonşuları veriblər. Dünən Ağaqasıma söz verdik ki, toy məclisində iştirak edəcəyik. Necə deyərlər, top indi Ağaqasımın sahəsindədir.
Əli Füzuli və Xocavənddə döyüşüb. “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Sağ qolundan qəlpə yarası alıb və çox ağır əməliyyat keçirib. Müharibədən başlıca xatirələri dostluq, qəhrəmanlıq, qardaşlıq və döyüşçülərimizin bir-birilərinə arxa dürmaları barədədir. 
Gənclərlə söhbətləşərkən adamın diqqəti istər-istəməz onların valideynlərinə yönəlir. Şübhəsiz ki, gənclərimizlə yanaşı, onların valideynləri, xüsusilə də anaları hər birimizə mərdlik nümunəsi olmalıdır. Bəhruzla Behnurun anası iki oğul övladını birdən göndərib müharibəyə. Çox sakit, təmkinlə. Belə ananın oğlu necə qəhrəman olmasın? Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ