Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


09/12/2021

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Gündəliyə 6 məsələ daxil edilib. Komitə sədri Tahir Mirkişili “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edərək bildirib ki, ikinci oxunuşda olan qanun layihəsində DTX tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlət büdcəsinə ödənilən vəsaitlərin 5 faizinin bu qurumun əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə sərf edilməsi nəzərdə tutulur.
Gündəliyin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında birinci oxunuşda olan qanun layihələri işğaldan azad edilmiş ərazilərin minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi çərçivəsində istifadə olunan avadanlıqların idxalının 5 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb. Hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qanun layihələri haqqında məlumat verən maliyyə naziri Samir Şərifov dəyişikliklərin bir neçə istiqaməti əhatə etməsindən danışaraq əsas vacib amil kimi büdcə qaydasını vurğulayıb.
Bildirib ki, layihədə 2020-ci ildə pandemiya ilə əlaqədar qanunla icrası 2022-ci ilə qədər dayandırılan büdcə qaydasının tətbiqinin bərpası nəzərdə tutulmaqla büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunub.
Bununla əlaqədar “Büdcə sistemi haqqında” Qanunda olan anlayışlara, deputatlar, o cümlədən Hesablama Palatası tərəfindən qaldırılan bir sıra məsələlərə də yenidən baxılıb, sənəd yeni redaktədə dəqiqləşdirilib.
“Büdcə sistemi haqqında” Qanunda edilən dəyişikliklərə uyğun olaraq “Dövlət borcu haqqında” Qanuna da dəyişikliklər təklif olunur. Burada, əsasən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu ilə bağlı məsələlər öz əksini tapıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında dəyişiklikdə nəzərdə tutulan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlərin dairəsinin dəqiqləşdirilməsi haqqında danışıb, dövlət investisiya proqramının layihələr üzrə bölgüsünün aparılması və icrası prosesi barədə məlumat verib.
Həmkarlarım Büdcə Məcəlləsinin qəbulunun vacibliyini vurğulayıblar, müzakirə edilən sənədlərlə bağlı Hesablama Palatasının rəyi haqqında hökumətin mövqeyi ilə, dövlət borcunun idarə edilməsi istiqamətində atılacaq addımlarla maraqlanıblar, sənədlərlə bağlı fikirlərini açıqlayıblar.
Maliyyə naziri Samir Şərifov və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qaldırılan məsələlərə aydınlıq gətiriblər və səslənən sualları cavablandırıblar.
Müzakirələrin sonunda “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ