Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


25/02/2022

Seçicilərimizlə növbəti görüşümüz oldu

Dünən seçicilərimizlə növbəti görüşümüz oldu. Müxtəlif məzmunlu problemləri müzakirə etdik. Son iki görüşdə məşğulluqla bağlı oxşar müraciətlərlə rastlaşırıq. Misal üçün, 58 yaşlı xanım, tənhadır, həyat yoldaşı dünyasını dəyişib, övladı yoxdur və işsizdir. Pensiya vaxtına var, eyni zamanda, iş tapmaqda çətinlik çəkir. Təbii ki, bu kontingentdən olan sakinlərimizin işlə təminatı çətinliyə səbəb olur. 
Dünən qazi atası Çingiz Mirzəyevlə görüşdük. Çingiz müəllim iki qazi oğulun atasıdır. Müharibə başlayanda hər iki oğlu könüllü olaraq döyüşlərə yollanıblar. Ata deyir ki, biri getsə, digəri evdə qalsa, ayrıseçkilik olardı. 
Dünən bir qrup qazilərimizlə də görüşümüz oldu. Onlarla həm seçici qəbulunda, həm də rayonumuzda keçirilən bir sıra tədbirlərdə bir araya gəlmişik. Qazilərimizin qayğıları həmişə diqqətimizdədir. 
Qəbul ərzində qaldırılan bütün problemlərlə məşğul olub, qanunun imkan verdiyi çərçivələrdə icra orqanlarının köməyi ilə həllinə nail olmağa çalışacağıq

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ