Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


29/12/2021

Qazilər ilə daha bir görüşümüz baş tutdu

Dünən Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevlə birlikdə ümumxalq həmrəyliyimizin kiçik bir parçası - dairəmizin bir qrup qazisi ilə nahar süfrəsi arxasında bir araya gəldik. Döyüş yollarından danışdıq, qarşıdan gələn bayramlarını təbrik etdik. Dairəmizdən Vətən müharibəsinə 150 nəfərdən çox seçicimiz qatılıb. Onlarla belə görüşlər keçirməkdə əsas məqsəd hər birini şəxsən tanımaq istəyimdir. Bu, artıq səkkizinci belə görüşümüzdür. İçlərində döyüş yolunu hələ də davam etdirənləri, hərbi xidmətdən ayrılmayanları var. Hazırda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordumuzun sıralarında Vətənə xidməti davam etdirirlər. Allah onlar da daxil olmaqla bütün qazilərimizi və müharibə iştirakçılarımızı qorusun, yaralarını sağaldanlara şəfa versin. Allah vətən və bizlər uğrunda canlarından keçən şəhidlərimizə rəhmət etsin! Vətən belə qəhrəmanlara görə birdir, bütövdür!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ