Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


31/03/2023

Dünya xalqımıza qarşı törədilmiş haqsızlıqları qəbul etməlidir

Dünya xalqımıza qarşı törədilmiş haqsızlıqları qəbul etməlidir.

26 mart 1998-ci ildən etibarən ulu öndər Heydər Əliyevin Sərəncamı ilə hər il martın 31-i Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Bu tarixin əbədiləşdirilməsi soyqırımına məruz qalan xalqımızın qan yaddaşı ilə yanaşı ermənilərin azərbaycanlılara qarşı törətdikləri tarixi cinayətlərin beynəlxalq ictimaiyyətin diqqəti baxımından aktuallaşdırılmasında əlahiddə rolu oldu.

Vətən müharibəsinin qalibi olmuş dövlətimizdə gəncliyin vətənpərvər ruhda formalaşmasında sözügedən sərəncamın əhəmiyyəti böyükdür.

Sərəncamın imzalandığı tarixdən Vətən müharibəsinədək 22, indiyədək isə 25 il keçib. İndi biz bu sənədin və tarixi günün təsis edilməsinin müasir Azərbaycanın müstəqil dövlət kimi bərqərar olması və möhkəmlənməsində hansı rolu oynadığını görürük. Açığını deyək, qələbəmizin vuran gücü olan gənclərimizin milli ruhda qisas hissi ilə tərbiyə olunmasında bu tarixi sənədin böyük önəmi var.

Qalib Azərbaycan gəncliyi “tarixini bilməyən gələcəyini qura bilməz” tezisinin reallıqdakı isbatıdır.

31 mart soyqırımı günü 1918-ci ilin 30 martla 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrin azərbaycanlılara qarşı törətdikləri qırğınların qurbanlarının xatirəsini əbədiləşdirir. Ancaq Ulu öndər bu günün təsis edilməsinin təşəbbüskarı olaraq azərbaycanlılara qarşı müxtəlif illərdə, xüsusilə də son yüz ildə baş vermiş terrorun yaddaşımıza hopmasının əsasını qoydu. Söhbət həmçinin ötən əsrin ortalarında soydaşlarımızın indiki Ermənistandakı tarixi torpaqlarından qovulmasından tutmuş 90-cı illərdə bizə qarşı həyata keçirilmiş erməni terrorundan da gedir. Yəni ermənilər tərəfindən azərbaycanlıların soyqrımı uzun dövrü əhatə edir.

Quba Soyqırımı Memorial Kompleksin tikintisi cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilib. Xocalı qurbanlarının xatirəsini əks etdirən abidəyə doğru yürüş XX əsrin ən qəddar və qanlı əməlindən bütün dünyanın xəbərdar olmasına hesablanıb. Müxtəlif dövlətlərin qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində təsirli addımlar atılır. Vətən müharibəsindən sonra Prezident demək olar hər çıxışında gəncləri xalqımızın başına gətirilən qanlı olayları unutmamağa çağırır.

26 mart 1998-ci il tarixli Sərəncamın əsas məqsədi tariximizin əbədiləşdirilməsi ilə yanaşı, xalqımızın qarşısına qoyulmuş hədəfləri də ehtiva edir.

Biz döyüş meydanında son iki əsrin qisasını aldıq, xalqımızın şərəfli adını dünyaya sübut etdik. Bu sərəncam eyni zamanda qarşımıza siyasi, hüquqi, diplomatik hədəflər qoyur. Dünya xalqımıza qarşı törədilmiş haqsızlıqları bu müstəvilərdə də qəbul etməlidir.


https://report.az/daxili-siyaset/dunya-xalqimiza-qarsi-toredilmis-haqsizliqlari-qebul-etmelidir-rey/

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ