Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


16/10/2020

Düşmən başını itirib

Düşmən o qədər aqoniyadadır, başını elə itirib ki, nə etdiyini bilmir. Cəbhədə ağır zərbələr alan ermənilər gözəl Naxçıvanımıza, Ordubada raket atıblar. Hər vəchlə bizim Qarabağdan kənarda törətdikləri təxribatlara cavab verməyimizi istəyirlər. Ermənistan ərazisindən Gəncə, Abşeron, Xızı, Bərdə, Yevlax, Ağcəbədi, Beyləqan, Goranboy, Naftalanı atəşə tutmaqla üçüncü tərəfi münaqişəyə cəlb etmək niyyətləri boşa çıxdığından, indi Naxçıvana raket hücumu edib başqa məqsəd güdürlər. Hərbi əməliyyatların ilk günündən qardaş Türkiyənin "iştirakı" barədə dünyaya car çəkib imdad diləyirlər. Yalanları reaksiyasız qalanda Naxçıvanı hədəfə alıb qardaş dövləti qıcıqlandırmaq istəyirlər.
Görəsən Paşinyan hökuməti bu qədərmi əlacsızdır? Yerevandakılar anlamırlarmı ki, bu ucuz hərbi-siyasi gedişlərlə Azərbaycan xalqını ruhdan sala bilməzlər? Bu xalqın əzmini qırmaq mümkün deyil! Torpaqlarımızın azadlığı birliyimizi şərtləndirən müqəddəs amaldır. Qarabağ Azərbaycandır! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ