Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


26/12/2020

Ələkbərov Fərid - Vətən müharibəsi şəhidi

Ələkbərov Fərid Tahir oğlu.18 iyul 1980-cı ildə Bakıda anadan olub. 1996-cı ildə Türkiyə İstanbul Kuleli Askeri Lisesinə qəbul olunub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankara Kara Harp Okuluna daxil olub və 2004-cü ildə həmin məktəbdə təhsilini  başa vurub. Bununla kifayətlənməyən Fərid  Isparta şəhərində Dağ Komando Məktəbinə qəbul olunub və buranı da müvəffəqiyyətlə bitirib. 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub.
2005-ci ildə peşəkar hərbi xidmətə baş leytenant tağım komandiri vəzifəsində başlayıb.
2013-cü ildən Heydər Əliyev adına Hərbi Akademiyada artilleriya bölməsi üzrə baş müəllim vəzifəsində çalışaraq kapitan rütbəsindən mayor rütbəsinə qədər yüksəlib,  2018-ci ildən baş zabit vəzifəsinə təyin olunub.
2020-ci ilin 28 sentyabrından Vətən müharibəsinə qatılıb. Evdən çıxarkən təlimlərə getdiyini  bildirib. Murov dağının yüksəkliklərinin alınmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. 9 noyabr 2020-ci ildə Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşaraq ayağından qəlpə yarası almağına  baxmayaraq, döyüşü davam  etdirib və düşmənin canlı qüvvəsini məhv edib. Bu, Fəridin son döyüşü olub... Vətən uğrunda qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib (ölümündən sonra). Allah rəhmət etsin! Şəhidlər ölməz, Vətən bölünməz!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ