Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Nikbin gələcəyə doğru

14/12/2020

Şəkildə gördüyünüz xanım gənc seçicimiz və dairəmizin sakini Elmira Səfərovadır. Elmira və anası Dilşad xanımla seçicilərlə onlayn-görüşlərdən birində tanış olmuşuq. O, Bakı Mühəndislik Universitetində ingilis dilində təhsil alır. Seçdiyi peşədən görünür ki, Elmira çətinliklərdən qorxmur. E.Səfərova İqtisadiyyat və İdarəetmə fakültəsinin “Sənayenin təşkili və idarə olunması” ixtisasi üzrə təhsil alır. Qızımız ictimai aktivliyi ilə seçilir, zəngin könüllülük fəaliyyəti var. Bakıda keçirilən mühüm idman tədbirlərinin hamısında könüllü kimi təmsil olunub. Bunu onun sertifikat və təltifnamələrindən də görmək mümkündür.
Elmira təhsilini ingilis dilində alsa da, nailiyyətləri ilə kifayətlənmir. Hazırda İELTS proqramı ilə intensiv ingilis dili keçən qızımız təhsilini xaricdə davam etdirmək üçün dil bilgilərini təkmilləşdirir. O, İtaliyada ali təhsilini davam etdirmək niyyətindədir. Nədən məhz İtaliya? Burada o, oxuya, həm də müalicəsini davam etdirə biləcək. Elmira talassemiya ilə mübarizə aparır. Bu mübarizəsi ilə paralel olaraq dərslərini müvəffəqiyyətlə davam etdirir, ingilis dili biliklərini artırır, pozitiv və fəal həyat tərzi sürür. Həkimləri ona məhz İtaliyada xüsusi müalicəvi kurs keçməyi məsləhət görüblər.
Fikrimcə, gənclərimiz və məktəbli övladlarımız Elmira kimi cəsur, inadkar, iradəli və gələcəyə nikbin baxan xanımdan nümunə götürməlidirlər. Sürətlə dəyişən və mürəkkəbləşən dünyamızda təhsilsiz keçinmək çətin olacaq. "Qarabağ Azərbaycandır!" dediyimiz bu günlərdə Vətənimizin Elmira balamız kimi savadlı, iradəli və məqsədyönlü gənclərə ehtiyacı var. Uğurlar, Elmira!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ