Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


07/04/2023

Ermənilər uşaqlarını müharibəyə hazırlayırlar


2020-ci ilin 44 günlük müharibəsində acı hərbi məğlubiyyət alan ermənilər tarixdən nəticə çıxarmamaqda davam edirlər. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, talayıb viran qoyan Ermənistan rəsmiləri dildə sülh müqaviləsi bağlamaq istədiklərini desələr də, erməni xalqının növbəti mücərrəd “soyqırımı” ilə üz-üzə olması barədə hay-küy qaldırsalar da, cəmiyyətdə anti-türk, Azərbaycanafobiya təbliğatı tam gücü ilə davam edir. Sülh istəyən xalq uşaqları kiçik yaşlarından düşmənçiliyə, qisasa kökləyərmi? Bunun əyani sübutu təqdim olunan videokadrlarda nümayiş olunur. Uşaqlara verilən suallara və alınan cavablara diqqət yetirək:

- Əsgərlər nə edirlər?

- Əsgərlər türklərlə və azərbaycanlılarla döyüşürlər;

- Əsgərlər barədə nə bilirsiniz?

- Onlar gecələr yatmırlar ki, türklər gəlib bizim torpaqları tutmasınlar;

- Əgər ölkənin ordusu olmasa, nə baş verər?

- Türklər Ermənistana girər və bütün erməniləri öldürər. Türklər bizə hücum edib hamımızı öldürəcək və Ermənistanı özlərinə götürəcəklər;

- Əsgər olsaydınız, müharibə vaxtı nə edərdiniz?

-Azərbaycanlıları güllələyərdik. Müharibə vaxtı bütün türkləri öldürərdik!

Yeni nəsli körpə yaşlarından bu ruhda tərbiyə edən və böyüdən dövlət və xalq sülhə hazır olduğunu deməklə nə qədər səmimidir?

Mövzunu davam etdirəcəyik.

***

Армяне, потерпевшие горькое поражение в 44-дневной войне 2020 года, всё ещё не сделали выводов из истории. Хотя официальные лица Армении, на протяжении 30 лет державшей под оккупацией, грабившей и опустошавшей азербайджанские земли, утверждают, что желают заключить мирный договор, попутно поднимая шумиху вокруг очередного абстрактного «геноцида» армянского народа, в их обществе полным ходом идёт антитурецкая, азербайджанофобская пропаганда. Разве может народ, желающий мира, настраивать детей с самых юных лет на вражду, на месть? Представляемые видеокадры весьма красноречивы. Обратим внимание на заданные им вопросы и полученные ответы:

— Что делают солдаты? 

— Солдаты воюют с турками и азербайджанцами. 

— Что вы знаете о солдатах? 

— Они не спят по ночам, чтобы турки не пришли ночью и не забрали все наши земли. 

— Если у страны не будет армии, что с ней будет? 

— Если бы не было армии, турки вошли бы в Армению и убили бы всех армян. Турки нападут на нас, убьют и заберут Армению себе. 

— Если бы вы были солдатами, что бы вы делали во время войны? 

— Стреляли бы в азербайджанцев! Во время войны перестреляли бы всех турок!

Насколько искренни государство и люди, которые с младенчества воспитывают и растят в этом духе новое поколение, когда говорят, что готовы к миру?

Мы продолжим тему.

***

The Armenians, suffering a bitter defeat in the 44-day war of 2020, have not yet learned from history. Although the authorities of Armenia, who kept under occupation, plunder and devastation the Azerbaijani lands for 30 years, are claiming that they want to conclude a peace treaty, are simultaneously raising a fuss around another abstract “genocide” of the Armenian people - an anti-Turkish and Azerbaijani-phobic propaganda is in full swing in their society. How can people that want peace incite children from a very young age to enmity and to revenge? The presented video frames are very eloquent. Let's take a look at the questions they asked and the answers they received:

- What are the soldiers doing?

- The soldiers are fighting the Turks and Azerbaijanis.

- What do you know about soldiers?

- They do not sleep at night, so that the Turks do not come at night and take all our lands.

- If the country does not have an army, what will happen to it?

- If there was no army, the Turks would enter Armenia and kill all the Armenians. The Turks will attack us, kill us and take Armenia for themselves.

- If you were soldiers, what would you do during the war?

- We would shoot the Azerbaijanis! During the war we would shoot all the Turks!

How sincere is the state and the people who from infancy educate and raise the new generation in such a spirit saying that they are ready for peace?

We will continue the subject.




Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ