Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


26/07/2020

Ermənilərin xisləti dəyişməyib

Son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfinən təxribatlar törədilir. Bu gün Avropa ölkələrində yaşayan ermənilərin soydaşlarımıza qarşı törətdikləri vandalizm aktları XXI əsrdə - insan haqqları və azadlıqlarının bəşəriyyətin əsas idealları olduğu dövrdə mənfur qonşularımızın xislətinin dəyişmədiyini bir daha göstərir. Soydaşlarımıza hücumlar edən erməni gənclər XX əsrin əvvəllərində babaları Şaumyanın, yaxud Andronikin ideoloji, mənəvi varisləri olduqlarını sübut edirlər. Onlar nə qədər inkişaf etsələr də, təhsilli olsalar da, bu millətin zehniyyətində türklərə olan nifrət hissi dəyişməz olaraq qalıb. 1918-ci ildə Bakıda minlərlə insanın qətlə yetirilməsinə başçılıq edən Stepan Şaumyan Berlin Universitetini bitirmişdi. Belə çoxsaylı faktlar gətirmək mümkündür. Başqa sözlə, onlar “erməni xisləti”ndən, yəni müsəlmana və xüsusən türkə olan nifrət və kindən qurtula bilmirlər. Bu, onlarda bir xəstəlik halına çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, hansı ölkədə yaşamalarından asılı olmayaraq, - istər dünyanın demokratiya beşiyi sayılan ölkələrdə, istərsə də Ermənistanın özündə, - erməni erməniliyində qalır. Dinc və günahsız insanlara qarşı qətliamlar törətmək, daima torpaq iddialarında olmaq, başqa xalqların nailiyyətlərinə sevinə bilməmək ermənilərin həyata baxış fəlsəfəsidir.

E.Allahverdiyev deyib: “Erməni təxribatına beynəlxalq hüquqi müstəvidə qiymət verilməlidir. Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada yerləşən diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulur. Axı bu nə qədər davam edəcək?! Axı torpaqları işğal olunan Azərbaycandır, biz heç kimin torpağına göz dikməmişik. Mülki əhalisi qətlə yetirilən, Xocalı faciəsini yaşayan biz olduğumuz halda, yenə də erməni təxribatı ilə üz-üzəyik. Terrorizmə xidmət edən erməni təxribatlarının, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir”.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ