Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


05/03/2022

Əsas silahımız öz gücümüzə arxalanmağımızdır

“Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi xarici siyasət Azərbaycanın xarici təhlükələrdən başlıca təminatıdır. Azərbaycanın hər hansı hərbi-siyasi bloka qoşulmaması, çoxqütblü xarici siyasəti ölkəmizin dünyanın aparıcı güc mərkəzləri ilə tarazlı münasibətlər qurmasına şərait yaradıb. Dövlətimizin dünyadakı nüfuzu dostlarımızın sayını artırır. Ancaq təbii ki, əsas silahımız öz gücümüzə, inkişafımıza, hərməryliyimizə arxalanmağımızdır. Çoxları tərəfindən həlli mümkünsüz görünən torpaqlarımızın 30 illik işğalına da məhz bu amil hesabına son qoymuşuq”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsi fonunda Moskva ilə Qərbin gərgin münasibətlərini Bakıvaxtı.az-a şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, II Dünya müharibəsindən sonra formalaşan dünya düzəni və beynəlxalq münasibətləri tənizmləyən hüquq, norma və prinsiplərin aktuallığını itirməsi son üç onilliyinin reallığıdır. Bu nizamsızlığın böyük partlayışa səbəb olacağını, hətta bir sıra ekspertlər tərəfindən iddia edildiyi kimi, növbəti cahan müharibəsinə yol açacağını xeyli vaxtdır proqnozlaşdırırdılar: “Xüsusilə sovetlər birliyinin çöküşündən sonra dünyada dominantlıq edən birqütblü sistemin uzun çəkməyəcəyi gözlənilirdi. Dünya siyasətində hökm sürən ikili standartlar narazılıqların başlıca səbəbidir. Biz bu ədalətsizlikdən uzun illər ərzində əziyyət çəkən dövlətin vətəndaşları kimi ikili standartların mahiyyətindən yetərincə məlumatlıyıq”.

E.Allahverdiyev hesab edir ki, dünyada birqütblü sistemə qarşı müqavimətin artdığı, iqtisadi tərəqqisi hesabına böyük siyasi gücə çevrilən Çinin, Qərbə qarşı tələblərini nümayiş etdirən Rusiyanın və təbii ki, ənənəvi siyasi və iqtisadi mərkəz olaraq Avropanın arasındakı ziddiyyətlərin dərinləşməsi fonunda ölkəmizin həyata keçirdiyi xarici siyasətin optimallığını son günlər Ukrayna ilə Rusiya arasında baş verən müharibə də təsdiq edir. “Biz indi bir daha şahidi oluruq ki, Azərbaycanın hər hansı hərbi-siyasi bloka deyil, Qoşulmama Hərəkatı kimi böyük beynəlxalq təşkilata üstünlük verməsi nə qədər düzgün xarici siyasət seçimi olub. Birincisi, bu, bizə neytral mövqe təmin edir. Biz bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləməklə sülhdən yanayıq. İkincisi isə, Qoşulmama Hərəkatı bizə onun çoxsaylı üzvləri qismində ciddi beynəlxalq dəstəyi təmin edib ki, Vətən müharibəsi günlərində biz bunu hiss etdik” – deyə deputat vurğulayıb.

Millət vəkilinin fikrincə, müharibə, işğal, ərazi bütövlüyünün pozulmasının ağır fəsadlarını bu gün bəlkə də Azərbaycan qədər dərk edən, bu ədalətsizliyin ağrı-acısını öz üzərində hiss edən ikinci bir dövlət yoxdur: “Ərazi bütövlüyünün pozulmasından, onun faciəvi fəsadlarından Azərbaycan qədər acı çəkən olmayıb. Şəhər və kəndlərimiz 30 il işğal altında olub, talan edilib, yer üzündən silinib. 1 milyon qaçqın-köçkün soydaşlarımız bu illər ərzində olmazın əziyyətini görüblər. Dünya isə bu böhrana az qala yarım əsr tamaşa edib. Ona görə də, dövlət ilk növbədə özünə güvənməlidir. Siyasi çəki, iqtisadi qüdrət və hərbi güclə yanaşı ağıllı, tarazlı xarici siyasət də bu güvəncin başlıca mənbəyi olmalıdır”.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ