Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


05/01/2021

Fəaliyyət varsa, hesabat da olmalıdır

Əziz dostlar!
2020-ci ildə dairəmizdə həyata keçirdiyimiz hər bir layihə, icra edilən hər bir iş, yerinə yetirdiyimiz vədlər barədə sizi məlumatlandırmağa çalışmışıq. Fəaliyyət varsa, hesabat da olmalıdır. Milli Məclisin deputatı olaraq fəaliyyətə başladığım mart ayında yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq sərt karantin rejimi tətbiq edildi. Biz də ilk addımlarımızı aztəminatlı ailələrə, yaşlı vətəndaşlarımıza ərzaq yardımı kampaniyasını təşkil etməklə atdıq. İl ərzində seçicilərimizdən və dairəmizin hüdudlarından kənarda yaşayan vətəndaşlarımızdan xeyli sayda məktub və müraciətlər aldıq. Onların bir qisminin həllinə mərkəzi və icra hakimiyyəti orqanlarının köməyi, digər hissəsinin çözümünə isə öz gücümüzlə nail ola bildik. Dairəmizin bir sıra küçələrinin asfalt örtüyünün dəyişdirilməsi, digərlərinin işıqlandırılmasını təşkil etdik. Bu işdə bizə dəstək olan bütün qurumlara, xüsusilə Yasamal Rayon İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk!
Sentyabrın 27-dən etibarən isə hər biriniz kimi, bizim də ürəyimiz Qarabağla, müqəddəs torpaqlarımız uğrunda qan töküb canlarını verən qəhrəman oğullarımızla döyündü. Sədri olduğum GUAM Parlament Assambleyası və rəhbərlik etdiyim Azərbaycan-Çexiya parlamentlərarası dostluq qrupu çərçivəsində müttəfiqlərimiz və həmkarlarımızla mütəmadi görüşlər keçirib, onları Ermənistanın təxribatları barədə məlumatlandırdıq.
Qarşıda bizi 2021-ci il gözləyir. Söz verdiyimiz kimi, sizin dəstək və köməyinizlə 2020-ci ildəki fəaliyyətimizi daha böyük ruh yüksəkliyi ilə davam etdirəcəyik. Biz birlikdə güclüyük!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ