Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
06/02/2021
Fevralın 5-də növbəti görüşümüzü keçirdik
Fevralın 5-də Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının qərargahında bir qrup seçicilərimiz və rayonumuzun sakinləri ilə növbəti görüşümüzü keçirdik. Məlumdur ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq bir sıra köhnə küçə və məhəllələr sökülüb, burada müasir şəhərsalma qaydalarına uyğun olaraq tədbirlər həyata keçirilib. Söküntü ərazisinin bir qismi 17 saylı Yasamal üçüncü seçki dairəsi və ona bitişik sahələrin payına düşür. İndiyədək sökülən sahələrin böyük hissəsində parksalma və yaşıllaşdırma işləri gerçəkləşdirilib.
Dünən bir qrup sakinin istəyi ilə görüşüb onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi apardıq. Qeyd etmək lazımdır ki, onların böyük qismi 17 saylı Yasamal üçüncü seçki dairəsinin seçicisi deyillər. Bununla belə, problemlərini dinləmək və bacardıqca hər bir vətəndaşa köməklik göstərmək hər birimizin borcu olmalıdır. Bu vətəndaşlarımız Yasamal rayonunun qeyd etdiyim hissəsindən 2018-2019-cu illərdə köçüblər, ancaq evləri və torpaqları müqabilində ödənilən kompensasiyanın miqdarı ilə razı deyillər. Problemləri ilə bağlı xeyli söhbət etdik, ətraflı məlumat aldıq və qərara gəldik ki, gələn həftə Yasamal rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb problemi bir daha müzakirə edək. Görüşdə həmin sakinlər tərəfindən yaradılmış 10 nəfərdən ibarət qrup iştirak edəcək. Əminəm ki, dövlətimizin dəstəyi ilə sakinlərimizi narahat edən çətinliklərin həllinə nail ola biləcəyik.
Bu görüşlə yanaşı qəbul zamanı seçicilərimizlə də təmasda olub, onları maraqlandıran və narahat edən məsələlərdən danışdıq. Bu dəfə məşğulluq, mənzil və sağlamlıq problemləri onları narahat edən əsas mövzular oldu. Qaldırılan məsələlərlə bağlı yaxın günlərdə tədbirlər görməyi planlaşdırırıq.
Ötən bir il ərzində qarşıya çıxan problemləri birlikdə həll etməyimiz gözəl ənənəmizə çevrilib. Vətəndaşımız və dövlətimizlə birlikdə bu yolumuzu davam etdirmək əzmindəyik. Biz birlikdə güclüyük!
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.