Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


18/02/2023

Filarmoniyada seçicimiz Canel Nəcəflinin konserti olub

Dünən Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə gənc xanım, istedadlı skripkaçı Canel Nəcəflinin konserti oldu. Konsert Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Yeni adlar" layihəsi çərçivəsində keçirilirdi. Canel çoxsaylı müsabiqələrin iştirakçısı və qalibidir. Çexiyanın Plzen Konservatoriyasının yetirməsidir. 2020-ci ildə Çexiyada "Orfeus" mükafatına layiq görülüb və "İlin adamı" seçilib. Canel tələbələr arasında bu ada layiq görülən ilk əcnəbi vətəndaşdır. 

C.Nəcəfli seçicimizdir. Onunla 2021-ci ildə tanış olmuşuq. Əslən Şuşadandır. Arzusu Şuşada "Sarı gəlin"i ifa etmək olub. Müzəffər ordumuz mədəniyyət paytaxtımızı işğaldan azad etdikdən sonra bu arzusuna çatıb.

Caneli təbrik edir, ona yeni-yeni uğurlar arzulayıram. Canel kimi istedadlı gənclər Azərbaycan mədəniyyətinin, simfonik musiqisinin gələcəyidir. Eyni zamanda, Canelin anası Nailə xanımı təbrik edirəm. Övladının yolunda əziyyətlər çəkir və ona böyük ümidlər bəsləyir. Uğurlar!

https://bit.ly/3Ii6uFQ

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ