Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


18/01/2021

Frans Alekseyeviç Rubonun çəkdiyi “İrəvan qalasının ruslar tərəfindən alınması”

Rus-alman rəssamı Frans Alekseyeviç Rubonun çəkdiyi “İrəvan qalasının ruslar tərəfindən alınması” şəklini çoxlarımız görmüşük. Müəllif göstərir ki, rus qoşunlarının İrəvanı tutduqları zaman tarixi torpaqlarımızda bərqərar olan bu şəhər başdan ayağa türk-müsəlman şəhəri olub. Aşağıda paylaşılan şəkillərdən də görünür ki, ermənilər ciddi cəhdlə İrəvanın Azərbaycan şəhəri olduğunu ört-basdır etmək istəsələr də, zaman-zaman rüsvayçılıqlarını gizlədə bilməyib, özlərini ifşa edirlər.
Şəkillərdəki şəhər hazırki Ermənistanın paytaxtı Yerevandır. Şəhərin mərkəzi hissəsində təmir və yenidənqurma işləri aparmaq istəyən ermənilər “şəhər altında şəhər”lə  üzləşiblər. Yəni Azərbaycan şəhəri İrəvanla. Təbii ki, tezliklə qazıntıların üstünü örtməkdən başqa əlacları qalmayıb.
XIX əsrin əvvəllərində İrəvan xanlığı aşağıdakı 15 mahaldan ibarət olub:
Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Səədli, Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək, Göyçə. 
Ermənistan Sovet Ensiklopediyasının 3-cü tomunda (səh.571) XIV əsrin sonlarından etibarən 1828-ci ilədək İrəvanı idarə etmiş hakimlərin siyahısı verilib. Onların arasında bir nəfər olsa belə erməni varmı?
1. Əmir Səid (XIV əsrin sonu  - 1410-cu il);
2. Pir Hüseyn (Əmir Səidin oğlu), Pir Qayıb (Pir Hüseynin oğlu) - (1410-1420-ci illər);
3. Əbdül (Pir Hüseynin oğlu) - (1430-cu il);
4. Yaqub bəy (1440-cı il);
5. Həsən Əli Qaraqoyunlu (1460-cı il);
6. Div Sultan Rumlu (1515-ci il);
7. Hüseyncansultan Rumlu (1550-ci il);
8. Şahqulusultan Rumlu (1550-1575-ci illər);
9. Məhəmməd xan Toxmaq Ustaclı (1576-1583-cü illər)
10. Xıdır Paşa (1583-cü il);
11. Мəhəmməd Şərif Paşa (1604-cü il);
12. Əmir-Huna xan Qacar (1605-1625-ci illər);
13. Toxmaz Qulu xan Qacar (1625-1635-ci illər);
14. Kəlbəli xan (1636-1639-cu illər);
15. Cağatay Kötük Məhəmməd xan (1639-1648-ci illər);
16. Keyxosrov xan (1648-1652-ci illər);
17. Məhəmməd xan (1652-1656-cı illər);
18. Nəcəfqulu xan (1656-1663-cü illər);
19. Abbasqulu xan Qacar (1663-1666-cı illər);
20. Səfiqulu xan (1666-1674-cü illər);
21. Sərxan bəy (1674-1675-ci illər);
22. Səfiqulu xan (1675-1679-cü illər);
23. Zal xan (1679-1688-ci illər);
24. Murtuzaqulu xan (1688-1691-ci illər);
25. Məhəmmədqulu xan (1691-1694-cü illər);
26. Fərzəli xan Qacar (1694-1700-cü illər);
27. Zöhrab xan (1700-1705-ci illər);
28. Əbdül Məhəmməd xan (1705-1709-cu illər);
29. Mehrəli xan (1709-1719-cü illər);
30. Allahqulu xan (1719-1725-ci illər);
31. Rəcəb Paşa (1725-1728-ci illər);
32. İbrahim Paşa və Mustafa Paşa (1728-1734-cü illər);
33. Əli Paşa Dəftərdar (1734-cü il);
34. Məhəmmədqulu xan (1735-1736-cı illər);
35. Hacı Hüseyn Paşa (1735-ci il)
36. Pirməhmətxan (1736-cı il);
37.  Xəlil xan Özbək (1752-1755-ci illər);
38. Həsənəli xan Qacar (1755-1762-ci illər);
39. Hüsynəli xan Qacar (1762-1783-cü illər);
40. Qulaməli xan Qacar (1783-1784-cü illər);
41. Məhəmmədxan Qacar (1784-1805-ci illər);
42. Mehtiqulu xan Qacar (1805-1806-cı illər);
43. Əhməd xan Marağalı (1806-1807-ci illər);
44. Hüseyn xan Qacar (1807-1827-ci illər).

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ