Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
24/10/2023
Fransa ilə Ermənistan arasındakı silah sövdələşməsinin perspektivi yoxdur
Fransanın Ermənistana silah satması və ya verməsi məsələsi xeyli müddətdir müzakirə mövzusu idi. Fransanın ayrı-ayrı siyasət adamları, deputatları hökuməti Ermənistana "müdafiə məqsədi" ilə silah verməyə çağırırdılar. Dünən biz çoxdandır anons edilən bu sövdələşmənin nəticəsini gördük, cəmi 3 radar və gələcəkdə "Mistral" raketlərinin alışına dair müqavilə.
Bu qədər səs-küydən sonra cəmi 3 radar təbii ki, Yerevanın gözləntilərini əks etdirmir. Mən ümumiyyətlə, Fransa ilə Ermənistan arasındakı silah sövdələşməsinin ciddi perspektivinin olduğunu düşünmürəm. Ermənistanın hava məkanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən qorunur, sərhədləri Rusiyanın nəzarətindədir. Belə bir reallıqda NATO dövlətinin verdiyi silahı Ermənistanın necə istifadə edəcəyi müəmmalıdır.
Digər tərəfdən, Fransa atdığı ardıcıl addımlarla Ermənistanda möhkəmlənmək və Rusiyanı buradan çıxarmaq məqsədi güdür. Ancaq onun bu addımları həm də regional vəziyyətə mənfi təsir edir. Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaması şəraitində Yerevana silah verməsi bölgədə sabitliyi silkələməyə yönəlmiş məqsədyönlü aksiyadır. Bu baxımdan, Yerevandakılar vəziyyəti ayıq başla dəyərləndirə bilsələr, anlayardılar ki, ayaq altında özləri qalacaq. Fransa 3 radarla Ermənistanın müdafiə qabiliyyətini artırmır, özünün geosiyasi gözləntilərini təmin edir.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.