Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


03/11/2022

Fransa parlamenti tarixi və reallığı saxtalaşdırmaqla məşğuldur

Fransa Azərbaycana tarix və siyasət dərsi keçməyə cəhd etməkdənsə, Türkiyəni baş verməmiş, saxta soyqırımda günahlandırmaqdansa , dönüb öz tarixinə baxsa, yaxşı olar. Əlcəzairdə 1,5 milyon insanın qanına əli batmış bir dövlətin qanunverici orqanı bizi “hərbi cinayət”də günahlandırmaq istəyir. Azərbaycan 120-dən çox üzvü olan Qoşulmama Hərəkatı kimi dünyanın ikinci ən iri beynəlxalq təşkilatına rəhbərlik edir. Özü də illərlə. Tək Əlcəzairdə yüzminlərlə insanı qətl etmiş bir dövlət, onun prezidenti bizə əxlaq dərsi keçə bilməz.


Bu qətnamənin qəbulu Azərbaycana nə təsir metodu ola bilər, nə də rəsmi Bakını qorxudar: "Dünyanın bir neçə dövləti son yüzilliyin ən böyük siyasi-tarixi avantüralarından biri olan “erməni soyqırımı”nı qəbul edib. Fransa belə dövlətlərin ilklərindəndir. Bu ölkədə hətta saxta soyqırımı inkar edən şəxslərə qarşı cinayət işi açılır. İllər boyu ermənilər oturub ABŞ Prezidentinin ağzından “soyqırım” sözünün çıxmasını gözləyiblər. Bayden bu ifadəni işlətdi. Nə oldu? Türkiyənin beynəlxalq aləmdəki mövqeləri sarsıldı? Yaxud qardaş dövlət zəiflədi? Əksinə, daha da gücləndi və bu gün onlar Türkiyədən əvvəlkindən çox qorxurlar.


Fransanın qanunverici orqanında belə bir sənədə səs verilərsə, bundan Azərbaycanın nə isə itirəcəyini düşünənlər yanılırlar: “Fransa Senatına qanunverici orqan deməyə adamın dili gəlmir. Bu qanunvericilikdir? Parlamentarizmdir? Fransa parlamenti tək tarixi deyil, reallığı da saxtalaşdırmaqla məşğuldur. Bizim üçün o qətnamə adi kağız parçasından başqa heç nə olmayacaq. Bəlkə də adi, boş ağ vərəq ondan dəyərli olacaq”.

Azərbaycan da Fransaya qarşı adekvat addım ata, məsələn, Əlcəzairdə törədilənləri müzakirəyə çıxara bilər: “Fransa tək Əlcəzairdə deyil, bütün Afrika qitəsində əli qana batmış ölkədir. Prezident İlham Əliyev bu günlərdə Əlcəzairdə keçirilmiş Ərəb Dövlətləri Liqasının sammitindəki çıxışında söylədi. Bilmirəm, indiyədək hansısa dövlət başçısı fransızların bu müsəlman ölkəsində törətdiklərini belə yüksək tribunadan bəyan edib, ya yox. Ancaq Azərbaycan Prezidentinin çıxışının arxasında tarixi faktlar, sübutlar var. Bəs Fransa Senatının qətnaməsi nəyə söykənir?” Əslində, rəsmi Paris bu addımı ilə ermənilərdən istifadə edib Cənubi Qafqazda möhkəmlənmək niyyətindədir. Anlaşılandır ki, Rusiyanın bölgədə zəifləməsindən istifadə etmək istəyən Fransa Cənubi Qafqaza gəlmək istəyir. Məncə, Paris bu istiqamətdə istədiyinə tam nail ola bilməyəcək.


Birincisi, yanaşması saxtadır. Nə tarixə əsaslanır, nə bu günə. Məsələn, Makronun Ermənistanı tolerantlıq məkanı adlandırması ən azı gülünc doğurur. Bu ölkədə digər millətlərdən olan vətəndaşların sayı minimumdan da aşağı həddədir. Müxtəlif dinlərin, millətlərin yaşadığı Azərbaycanı “hərbi cinayət”də günahlandırmaq naşılıqdır və açıq düşmənçilikdir. Biz bunu cavabsız qoymamalıyıq və Prezident İlham Əliyevin Əlcəzairdəki çıxışı bunun sübutudur”.


Fransanın regionda möhkəmlənə bilməyəcəyini daha bir amil göstərir. “Fransa Ermənistandan özünün geosiyasi maraqları üçün istifadə edir. Bu aşkardır və ermənilər bundan həzz alırlar. Onlar tarix boyu bu missiyanı müxtəlif dövlətlərə görə yerinə yetiriblər və oynadıqları bu rol ilə fəxr edirlər. Başqa məsələdir ki, Ermənistan regionun ən kasıb, rəzil, heç bir iqtisadi rıçaqı və perspektivi olmayan ölkəsidir. Azərbaycan isə siyasi və iqtisadi, Vətən müharibəsindən sonra həm də hərbi lideridir. Ona görə də Parisin oyununun nəticə verəcəyi dumanlıdır”.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ