Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


27/12/2021

Fransızların Xankəndidə nə işi var?

Fransa prezidentliyinə namizəd Valeri Pekresslə birlikdə bu ölkənin keçmiş xarici işlər naziri Mişel Barnye və Senatdakı respublikaçıların fraksiya rəhbəri Brüno Retayo da Azərbaycanın Xankəndi şəhərinə gəliblər. Onların burada fəaliyyət göstərən “frankofoniya mərkəzi”nin qarşısında çəkdirdikləri fotolar sosial şəbəkələr vasitəsilə yayılıb.  Qarabağdakı bir ovuc separatçıdan artıq Ermənistanın rəsmi hakimiyyətinin də imtina etdiyi bir dövrdə Fransa siyasətinin üzdə olan simalarının Xankəndiyə oğurluq səfərləri nə məqsəd daşıyır?
BMT Təhlükəsizlik Şurasının üzvü olan, Qarabağı bütün sənədlərdə Azərbaycanın ərazisi kimi tanıyan bir dövlətin birinci şəxsi olmağa hazırlaşan şəxslərinin bu səslərə göz dikmələri qeyri-ciddilik deyilmi?
Frankofoniya mərkəzləri Fransanın xarici siyasətinin mühüm və strateji komponentlərindən biridir. Bu mərkəzlər harada açılırsa, Fransa o ölkədə özünün geosiyasi və iqtisadi maraqlarını gücləndirmək məqsədi güdür. Eyni zamanda, mərkəz açıldığı dövlətin rəsmi icazəsi olmadan fəaliyyət göstərə bilməz. İndi Xankəndidəki frankofoniya mərkəzini açanda Azərbaycandan icazə alınıb? Yaxud bu mərkəzin Fransada prezident seçkiləri ilə bir əlaqəsi var? Təbii ki, xeyr! Bəs belə olan halda gerçək səbəblər nədir?
Fransa gizlətmədən ermənipərəst siyasət yürüdür. Həm prezident, həm parlament səviyyəsində aşkar şəkildə Ermənistanı müdafiə edir, dayaq durur. Vətən müharibəsi nəticəsində bölgədə mövqelərini və təsir rıçaqlarını itirdiyindən və bunu sivil yolla qaytara bilmədiyindən bütün siyasi etiketləri tapdaq altına atmaq yolunu tutub. Siyasətçiləri və vətəndaşları suveren dövlətin – Azərbaycanın sərhədlərini kobudcasına pozaraq ərazimizə daxil olub, buradakı cinayətkar xuntaya dəstək göstərirlər.
Amma bilməlidirlər: Biz torpaqlarımıza uzanan çox əlləri kəsmişik. İlyarım bundan əvvəl işğal altında olan yurdumuz düşmən tapdağı altında idi, indi hər güşəsində üçrəngli bayrağımız dalğalanır. Dünyanın hansı ölkəsindən kim olursa olsun, eyni aqibəti yaşamağa məhkumdur və yaşayacaq!  #QarabağAzərbaycandır!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ