Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


05/12/2022

Gələn ilin dövlət büdcəsi layihəsi III oxunuşda müzakirə edilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi keçirilib. 2023-cü ilin dövlət büdcəsinin birinci və ikinci oxunuşları zamanı həm Milli Məclisin komitələrində, həm də plenar iclaslarında deputatlar tərəfindən məsələ ilə bağlı 120-dən çox çıxış edilib. 

Komitə sədri Tahir Mirkişili bildirib ki, cənab Prezident İlham Əliyevin fərmanı ilə dövlət orqanlarında aparılan struktur islahatları nəticəsində Naxçıvan Muxtar Respublikanın Dövlət Gömrük Komitəsi ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil efilib. Bu dəyişikliyin dövlət büdcəsində də əks olunması zərurəti yaranıb. Yeni yaradılmış Naxçıvan Baş Gömrük İdarəsinin maliyyələşdirilməsi muxtar respublikanın büdcəsindən deyil, mərkəzləşdirilmiş xərclərdən həyata keçirildiyi üçün dövlət büdcəsində müvafiq dəyişikliklər aparılıb. 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 53 milyon manatdan bir az çox olmaqla artırılıb, eyni zamanda icmal büdcənin gəlir və xərclərində isə təxminən 20 milyon manatlıq dəyişiklik edilib. Həmçinin büdcənin strukturunda və indiyədək tətbiq olunan bəzi qaydalarında da müvafiq dəyişikliklər aparılıb.

Maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsində Naxçıvan Muxtar Respublikasının gəlirlərində, ləğv olunmuş komitənin xətti ilə 53,2 milyon manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi zərurəti yaranıb. Həmçinin Naxçıvan Muxtar Respublikanın ləğv edilmiş gömrük komitəsinin bazasında yaradılmış Gömrük Baş İdarəsinin saxlanılması üçün tələb olunan 20,6 milyon manat vəsait muxtar respublikanın büdcəsinin xərclərindən azaldılaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xərclərinə proqnozlaşdırılıb.

Nazir bildirib ki, nəticə etibarilə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği artırılaraq 482,4 milyon manat təşkil edəcək. Bütün bunlara müvafiq olaraq, 2023-cü ilin dövlət büdcəsi layihəsində gəlirlər 30 773 978 min manata, büdcə xərcləri isə 33 353 278 min manata çatdırılıb. Büdcə kəsiri və icmal büdcənin gəlirləri və xərcləri isə dəyişməyərək əvvəlki səviyyədə qalıb.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ