Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


03/12/2020

GUAM PA komitələrinin 4-cü Birgə iclası keçirilib

Dekabrın 2-də həmkarlarım Əli Məsimli, Nəsib Məhəməliyev, Qüdrət Həsənquliyev və Cavid Osmanovla GUAM PA komitələrinin 4-cü Birgə iclasında iştirak etdik. Gündəlikdə həm təşkilat, həm bölgəmiz, həm də bilavasitə dövlətimizin maraqları çərçivəsinə daxil olan bir neçə aktual məsələlər ətrafında disskusiya apardıq. Şübhəsiz ki, Azərbaycan nümayəndə heyəti üçün ən əlahiddə problem Dağlıq Qarabağ nizamlanmasıdır. Ümumilikdə isə, üzv dövlətlər arasında ticarət və iqtisadi münasibətlərin daha da intensivləşməsi, azad iqtisadi zona, gömrük sferasında əməkdaşlığın dərinləşməsi kimi mövzular diqqət mərkəzində oldu. 
Azərbaycan hazırda GUAM PA-da sədrlik edir. Biz eyni zamanda, Hüquq məsələləri üzrə komitəyə də rəhbərlik edirik. Bu səbəbdən sədr olaraq “GUAM ərazisindəki münaqişələrin tənzimlənməsinin hüquqi aspektləri” mövzusunda çıxışım oldu. Müttəfiqlərimizə sentyabrın 27-dən noyabrın 10-dək davam edən II Qarabağ savaşına dair ətraflı məlumat verdim. Olduqca qürurlandırıcı haldır ki, GUAM üzrə tərəfdaşlarımız Azərbaycanın hərbi-diplomatik qələbəsini çox yüksək qiymətləndirir və hesab edirlər ki, “siz böyük ölçüdə probleminizi həll etməyə müvəffəq olmusunuz”. Moldova nümayəndə heyətinin rəhbəri Aleksandr Jizdanın sözlərinə görə, Azərbaycan sübut etdi ki, münaqişələr heç vaxt dondurulmuş halda qala bilməz, çünki GUAM ərazisindəki konfliktlərdən birinin “buzları artıq əriyib”. 
Ümumilikdə, iclas Azərbaycanın milli maraqları baxımından olduqca uğurlu keçdi. Hərbi qələbəmiz bütün dünyada olduğu kimi, GUAM-da da nüfuzumuzun daha da yüksəlməsinə səbəb olub. Bu istiqamətdə təşkilatdakı tərəfdaşlarımızın daima bizə dəstək vermələri xüsusilə tədqirəlayiq və qürurvericidir. 
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ