Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


GUAM PA-nın 15-ci sessiyası və Bürosunun 17-ci iclası keçirilib

28/11/2022

Bu gün onlayn formatda GUAM Parlament Assambleyasının 15-ci sessiyası və Bürosunun 17-ci iclası keçirildi. Tədbirdə Milli Məclisin nümayəndə heyətini həmkarlarım Cavid Osmanov, Əli Məsimli, Qüdrət Həsənquliyev və Beynəlxalq münasibətlər şöbəsi Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri Lalə Çələbizadə təmsil edirdilər. Bu il quruma rəhbərliyi Moldova edirdi. Gələn ildən sədrlik Ukraynaya keçir. Bu səbəbdən Büro iclasında müzakirə olunan əsas mövzular sədrliyin Ukraynaya təhvil verilməsi və gələn il üçün milli nümayəndələrin tərkibinin təsdiqinə dair məsələlər idi.

GUAM üzvləri olan müttəfiq dövlətlərin hər biri oxşar problemlə - ərazi bütövlüyünün pozulması ilə üz-üzə qalıblar. Əgər Azərbaycan 2020-ci ilin Vətən müharibəsində bu problemi həll etməyə müvəffəq olubsa, Ukrayna, Gürcüstan və Moldova ərazilərinin bir hissəsi işğal altındadır. Hər birimizin ərazisində aqressiv separatizmə və bölücülüyə əsaslanan qanunsuz qurumlar fəaliyyətdədir. Təbii ki, təsis edilərkən separatizmlə mübarizə və təhlükəsizlik kimi məsələlərdə qarşılıqlı dəstək GUAM dövlətlərini bir araya gətirən və təşkilatın bugünkü mövcudluğunu stimullaşdıran əsas faktorlardır. Yeri gəlmişkən, təşkilat 25 illiyini qeyd etməyə hazırlaşır.

GUAM-ı birləşdirən daha bir amil iqtisadi sahədə əməkdaşlıqdır. Parlament Assambleyası və milli heyətlərin əsas vəzifələrindən biri bu istiqamətdə qanunverici müstəvidə tələb olunan bazanın formalaşdırılmasına dəstək verməkdir. Assambleyanın 15-ci sessiyasında müzakirəyə çıxarılmış mövzular da əsas etibarilə iqtisadi təmayüllü idi. “Üzv dövlətlərin təhlükəsizlik və enerji böhranı şəraitində əməkdaşlığı” mövzusunda çıxışım oldu. Çıxışımda Azərbaycanla qonşu Gürcüstanın bu sahədə məhsuldar və effektiv işbirliyi, gələn ildən etibarən ölkəmizin Avropaya qaz ixracını artıracağı, Azərbaycan-Gürcüstan-Qara dəniz-Rumıniya-Macarıstan marşutu ilə elektrik enerjisinin ixracı ətrafında müzakirələr, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Prezident İlham Əliyevin son iki ayda Bolqarıstan, Gürcüstan, Albaniya və Serbiyaya etdiyi səfərlər barədə məlumat verdim. Tədqirəlayiqdir ki, qurum daxilindəki müttəfiqlərimiz də bu prosesləri yaxından izləyirlər. Sədrlik edən Moldova heyətinin rəhbəri Radu Marian Azərbaycan rəhbərliyinə sadalanan istiqamətdəki fəaliyyətinə görə ölkəsi adından təşəkkür etdi.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ