Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


24/10/2022

GUAM PA-nın komitələrinin iclasları keçirildi

Bu gün GUAM Parlament Assambleyasının Elm, mədəniyyət, təhsil və idman və Siyasi məsələr və regional təhlükəsizlik məsələləri üzrə komitələrinin videokonfrans formatında 4-cü iclasları keçirildi. Hazırda Elm, mədəniyyət, təhsil və idman məsələləri üzrə komitədə Azərbaycan sədrlik edir. İclaslarda həmkarlarım Cavid Osmanov, Nəsib Məhəməliyev və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsi Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri Lalə Çələbizadə də iştirak edirdilər. Gündəlikdə duran əsas məsələlər hərbi və fövqəladə vəziyyətlərdə, habelə pandemiya şəraitində təhsilin qanunvericilik səviyyədə təşkili, eyni zamanda, üzv dövlətlərdə təhsil prosesinin dünya və Avropa standartlarına uyğunlaşdırılması proseslərinə aid idi. Mövzularla bağlı həmkarım Cavid Osmanovla çıxışlarımız oldu.

Siyasi məsələlər və regional təhlükəsizlik komitəsində isə diqqətdə GUAM məkanında təhlükəsizlik problemləri və üzv-dövlətlərin bu sahədə qanunverici orqanlar müstəvisində əməkdaşlığına yönəlmişdi. Bu komitənin iclasındakı çıxışımda həmkarlarımıza Ermənistanla mövcud münasibətlər kontekstində regional təhlükəsizliyə dair məlumat verdim. GUAM-dakı həmkarlarımızla qanunverici orqanlar səviyyəsində əməkdaşlığımız davam edir.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ