Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


21/12/2021

GUAM PA-nın Büro və sessiyasında

Bu gün GUAM Parlament Assambleyasının 16-cı Büro və 14-cü Sessiyasının videokonfrans formatında iclasları keçirildi. Gündəlikdə duran məsələlərin müzakirəsi ilə PA-nın 2021-ci ildəki fəaliyyətini sona çatdırdıq. Bu il qurum üçün kifayət qədər zəngin keçib, belə ki, GUAM məkanında ciddi iqtisadi layihələrin həyata keçirilməsi, bəzilərinin isə sona çatdırılması gözlənilir. Bunlardan ən əsası Azad İqtisadi Zonadır.
Büro iclasında 2022-ci il üçün GUAM PA-dakı milli nümayəndə heyətlərinin tərkibləri və 14-cü sessiyanın Kommünike layihəsi təsdiqləndi. Gələn ildən etibarən sədrlik Gürcüstandan Moldovaya keçəcək. Bununla bağlı bir sıra prosedurları müzakirə etdik. Ötən il Gürcüstanda, bu il isə Moldovada keçirilən parlament, həmçinin bu il Gürcüstanda baş tutan bələdiyyə seçkilərindən danışdıq. Bu seçkiləri Azərbaycan parlamentinin nümayəndə heyətinin üzvü kimi izlədiyimdən təşkilatdakı həmkarlarımızla qənaətlərimi bölüşdüm.
16-cı sessiyanın giriş hissəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi 2021-ci ildə ölkəmizdə baş verən mühüm hadisələr barədə təşkilat üzvlərinə məlumat verdim. Təbii ki, əsas diqqətimiz işğaldan azad edilmiş ərazilərimizin bərpası və Ermənistanla yekun sülh sazişi, sərhədlərin delimitasiya və demarkasiyasına yönəldiyindən, bu mövzular ətrafında çıxışım və fikir mübadiləmiz oldu. Həmkarım Fatma Yıldırım 2020-ci ilin Vətən müharibəsindən sonrakı proseslər, Ermənistanın işğalının fəsadları barədə assambleya üzvlərinə məlumat verdi. Əli Məsimlinin çıxışı isə daha çox Qarabağ və Şərqi Zəngəzurun bərpası layihələrinə və dövlətimizin bu istiqamətdə atdığı addımlara həsr olundu. Sessiyanın iclasında F.Yıldırım, Ə.Məsimli ilə yanaşı deputat həmkarlarım Qüdrət Həsənquliyev, Cavid Osmanov və Nəsib Məhəməliyev də iştirak edirdilər 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ