Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


11/12/2020

Heydər Əliyev və Azərbaycan-Gürcüstan münasibətləri

Bu gün Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” adlı beynəlxalq onlayn-videokonfrans keçirildi. Tədbirdə Azərbaycan tərəfindən Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfirimiz Faiq Quliyev, həmkarlarım - Arzu Nağıyev, Əminə Ağazadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Vaqif Seyidbəyli, Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə Milli siyasət məsələləri üzrə Dövlət müşaviri olmuş, hal-hazırda Qırğızıstandakı Fövqəladə və Səlahiyyətli Səfirimiz Hidayət Orucov, “SOCAR Georgia”nın baş direktoru Mahir Məmmədov, Xarici İşlər Nazirliyinin Şərqi Avropa idarəsinin rəisi Ülvi Baxşəliyev, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə və Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva da iştirak edirdilər. 
Gürcüstan tərəfinin konfransa ciddi önəmi iştirakçıların tərkibindən görünürdü: Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Zurab Pataradze, Gürcüstan Parlamentinin Azərbaycanla dostluq qrupunun həmsədri, GUAM Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri Kaxa Kuçava, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin müavini Liya Qiqauri, Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin rəhbəri Marine Narçemaşvil, Xarici İşlər Nazirliyinin Qonşu Ölkələrlə Əlaqələr Departamentinin rəhbəri Malxaz Mikeladze, Gürcüstanın Gəncə şəhərindəki Baş konsulu Nikoloz İaşvili.
Tədbirdə mövzu ilə bağlı çıxışım oldu. Ümummilli lider Heydər Əliyev Gürcüstanla mehriban qonşuluq və strateji müttəfiqlik əlaqələrinin banisidir. Özü də bu münasibətlər ikitərəfli əlaqələr kontekstindən çıxaraq  regional əhəmiyyət kəsb edir. Sirr deyil ki, son 27 ildə Cənubi Qafrqazda həyata keçirilən dünya miqyaslı layihələrin iki mühüm bəndi məhz Azərbaycanla Gürcüstan olub. Hər iki dövlətin çiçəklənməsi və inkişafında Heydər Əliyevin müəllifi olduğu transmilli layihələrin danılmaz rolu var.
Prezident cənab İlham Əliyev bu kursu davam etdirərək Bakı-Tbilisi-Qars, TANAP kimi layihələri irəli sürüb dəstəkləməklə bölgənin təhlükəsizlik arxitekturasına əlavə çalarlar qatmağa müvəffəq oldu ki, ölkələrimizdə və ətrafdakı sabitlikdə bu amillərin rolu böyükdür. Konfransda da vurğulanan əsas tezis bundan ibarət idi ki, xalqlarımızın möhkəm dostluğu və dövlət səviyyəsində müttəfiqlik siyasi sabitliyimiz və iqtisadi dividentlər baxımından qarşımızda yeni-yeni perspektivlər açır 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ