Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


31/01/2022

Hər il fevralın 2-də Azərbaycanda Gənclər Günü qeyd olunur

Hər il fevralın 2-də Azərbaycanda Gənclər Günü qeyd olunur. Bu günün əlamətdar günlər siyahısına düşməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildə Ulu öndər tərəfindən Azərbaycanda dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı ilin 2 fevralında gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən isə Prezident Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başayıb.
Dünyada Gənclər Günü beynəlxalq gün kimi hər il avqustun 12-də qeyd olunur. Bu günün təsis edilməsi barədə qərar 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda qəbul olunub. Göründüyü kimi, Azərbaycanda Gənclər Günü Beynəlxalq Gənclər Günündən bir yaş böyükdür. Bu, Azərbaycanda gənclərə və gənclər siyasətinə verilən yüksək önəmin göstəricisidir. Eyni zamanda, Azərbaycan MDB dövlətləri və Şərqi Avropa ölkələri içində bu günü ayrıca şəkildə qeyd edən ilk ölkədir.
Gənclər və gənclik siyasəti  Prezident İlham Əliyev tərəfindən fəal şəkildə davam etdirilir. Qəbul edilmiş dövlət proqramları, Gənclər Fondunun yaradılması və Gənclər üçün Prezident Mükafatının təsis edilməsi gənclərə yönəlik  dövlət siyasətinin bariz nümunəsidir.
Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında təhsildə və partiyamızda fəallıqları ilə seçilən gənclərimizlə görüşdük. Azərbaycanda gənclərə dövlət qayğısından, yeni nəslin nümayəndələrini maraqlandıran və narahat edən məsələlər ətrafında fikir mübadiləsi apardıq. YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevlə birlikdə fəal gənclərimizi təltif etdik

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ