Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


08/04/2024

Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatını müzakirə etdik. Hesablama Palatası öz fəaliyyətini 4 istiqamət - nəzarət tədbirlərinin həyata keçirilməsi, büdcə layihəsinə və icrasına rəy verilməsi, dövlət maliyyəsi üzrə tövsiyələr  və beynəlxalq əməkdaşlıq üzrə qurub. Komitə sədri Tahir Mirkişili bildirdi ki, Hesablama Palatası 2023-cü il üzrə əməliyyat planını 91,7% icra edib. Keçən dövr ərzində Palata tərəfindən 45 nəzarət tədbiri həyata keçirilib, onlardan 2-si Milli Məclis deputatlarının çıxışları əsasında, digər tədbirlər isə Palatanın özünün müəyyən etdiyi sahələr üzrə olub. Ümumilikdə, aparılan nəzarət tədbirlərinin əhatə dairəsi 18,2 milyard manat təşkil edib. 


Təqdim edilən hesabatda bəzi ilklər də mövcuddur. İlk dəfə olaraq bir qurumun investisiya fəaliyyətinin səmərəliliyi qiymətləndirilib, bir səmərəlilik auditində hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) qiymətləndirilməsi, iki auditdə illik konsolidə edilmiş maliyyə hesabatlarının auditi aparılıb. Konsolidə edilmiş maliyyə hesabatların ölkəmizdə daha çox tətbiq edilməsi maliyyə intizamının daha da güclənməsinə və nəticələrin daha yaxşı qiymətləndirilməsinə xidmət edir. Hesabatda eyni zamanda, risklər, dövlət satınalmaları sahəsində büdcə prosedurlarının pozulması, daxili nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyi məsələləri öz əksini tapıb

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ