Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


14/03/2024

"Heydər Əliyev. 100 faktın tarixi" kitabının təqdimat mərasimi keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında həmkarım Soltan Məmmədovla birgə ərsəyə gətirdiyimiz, ideya müəllifi olduğumuz "Heydər Əliyev. 100 faktın tarixi" kitabının təqdimat mərasimində iştirak etdik. Kitabda Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm tarixi fakt yer alır, Ulu öndərin dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən 100 ən əlamətdar olanı seçilib, onun müsahibələrinə, çıxışlarına və bəyanatlarına, eləcə də səfərlərinə və müxtəlif görüşlərinə toxunulub. 

“Heydər Əliyev. 100 faktın tarixi” kitabı 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilib, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İlk təqdimat mərasimi ötən ilin dekabrında olub. Hazırda kitabın elektron versiyası və saytı üzərində iş gedir. Rus, ingilis, fransız və çex dillərinə təcürmə olunur. Kitabın bu dillərdə də çapı nəzərdə tutulur. 

Təbii ki, belə bir mötəbər auditoriya, alimlərimiz, müəllimlərimiz qarşısına kitab təqdimatı ilə çıxmaq həm mənim, həm də həmkarım Soltan müəllim üçün böyük məsuliyyətdir, onlardan xoş sözlər eşitmək isə ikiqat dəyərlidir. Bu baxımdan, səmimi nitqlərinə görə Yasamal Rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasını üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə və Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayevə dərin təşəkkürümü bildirirəm. Ayrıca olaraq YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevə və kollektivinə göstərdikləri dəstəyə görə çox sağol deyirəm.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ