Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


10/02/2023

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının növbəti iclasında 3 məsələni müzakirə etdik. Komitə sədri Tahir Mirkişili bildirdi ki, Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ ilə bağlı Azərbaycan dövləti və xalqı qardaş ölkəyə hərtərəfli dəstək göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin  tapşırığına əsasən, zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə Türkiyəyə xilasedicilər, tibb heyəti göndərilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fond tərəfindən yardım kampaniyası çərçivəsində zəruri addımlar atıllr. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatlar və parlament Aparatı əməkdaşları yardım kampaniyasına fəal şəkildə qoşulublar. 

Sonra komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verdi. Təqdim olunan qanun layihələri Miqrasiya Məcəlləsində edilən dəyişikliklər və bununla əlaqədar  "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda nəzərdə tutulan düzəlişlərlə bağlıdır. Hər üç qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında bir məktubla Milli Məclisə daxil olub.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ