Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
Kimin Bİ-Bİ-Sİ? - Erməni pulunun danışdırdıqları yenə gündəmdədir
04/09/2023
BBC telekanalı tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli iddialar irəli sürülür. Bu, bizim üçün qeyri-adi deyil. BBC həmişəki ampluasındadır. 44 günlük Vətən müharibəsi günlərində etdiklərini edir: separatizmə dəstək verir. Britaniya vergiödəyicilərinin pulları cinayətkar hərbi xuntanın maraqlarına sərf edilir.
Bu, nə ilk haldır, nə də son. Hamımız 44 günlük müharibənin gedişində Prezident cənab İlham Əliyevin müsahibə ərzində BBC-nin müxbirini əks-suallar və əks-arqumentlərlə rəzil hala saldığını xatırlayırıq. Görünür, bu rüsvayçılığı BBC-də unutmayıblar. Obyektiv xəbərçiliyi şüar edən teleşirkət yaxşı bilir ki, separatçıların "aclıq çəkdikləri" Xankəndidən yarım saatlıq yolda erməni terrorçularının basdırdıqları minalardan dinc vətəndaşlar qətlə yetirilir. BBC-də bunu əlbəttə ki, görməzdən gəlirlər.
İndi isə teleşirkət pul müqabilində Ermənistanın sifarişi ilə yalanlar danışan NATO-nun keçmiş baş katibi Rasmusseni özünə yol yoldaşı edib. Fikrimcə, bu media orqanının Azərbaycanda akreditasiyası məsələsinə yenidən baxılmalıdır.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.