Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


02/12/2020

Laçının heyranedici gözəllikləri

Laçın dedikdə göz önündə bənzərsiz heyranedici gözəllik canlanır. Rayonun hər daşı, qayası, hər qarışı tarixdir. Laçın təbii sərvətlərilə zəngin diyarımızdır. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri var. Bir sözlə, təbiət bu torpaqdan öz əsrarəngiz, həzin sığalını, gözəlliyini, təbii sərvətlərini və bol-bol nemətlərini əsirgəməyib. 
Laçın dağlarında qədim və möhtəşəm mədəniyyət abidələri ilə təbiət bir-birini sanki tamamlayır. Bu tarixi abidələrin və gözəlliklərin bir hissəsini sizlərlə bölüşürük.
Hüsülü kəndi, Həmzə Sultan sarayı
Hündür dağ silsiləsinin ətəyində böyük saray kompleksinin qalıqları mövcuddur. Burada iki saray kompleksi, yəni şah qəsrləri olub. Bu sarayların birincisi Sultan Əjdər, ikincisi isə Həmzə Sultan sarayı adlanır. Qarabağın, ələlxüsus da Laçının tarixində (ümumilikdə, Zəngəzurun da deyə bilərik) Qaraçorlu tayfasının çox önəmli yeri olub. Tayfa haqqında ilkin olaraq XVIII əsr mənbələrində rast gəlinir və demək olar ki, qaraçorlular kimsəyə tabe olmadan yaşamağa üstünlük verən bir el-oba olub. Qaraçorlu mahalının əsasını təşkil edən tayfalar bunlardır: 
1. Şeylanlı;
2. Gəloxçular;
3. Təhməzli;
4. Şadmanlı;
5. Yurdaxlı.
Ağoğlan kəndi
Laçının "vizit kart"larından biri əlbəttə ki, V-VII əsrlərə aid Ağoğlan monastırıdır. Alban həvari kilsəsinə aid olan monastır işğaldan sonra erməniləşdirilməyə məruz qalıb, tavanı və xaçı dəyişdirilib. Adını isə “Tsitsernavank” qoyublar. 
Minkənd kəndi
Ərazisi və əhali sayına görə Laçının ən böyük kəndi Minkənddir. Kənd Qarabağ yaylasındadır. Saysız-hesabsız bulaqlara malik bir kənddir. Dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən Minkənd ərazisində adi bulaqlarla yanaşı narzan tipli, ilıq suyu olan bulaqlar da var. Bu bulaqlar hidrokarbonat-xlorid-natrium-maqnezium-kalsium xassəlidir. Bu suları Laçın və ətraf rayonların əhalisi özləri üçün sevimli müalicəvi vasitə sayıblar.  El arasında möcüzəvi təsirinə görə bu sulara “baş suyu”, “göz suyu”, “diş suyu”, “yel suyu”, “mədə suyu” və s. adlar verilib. 
Minkənd sakinlərinin məlumatına əsasən, bu ərazilərdə məskunlaşmış Hüseynlər nəsli XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Dərələyəz mahalından Zəngəzur mahalına köç ediblər. Minkənd ərazisində Qafqaz Albaniyası dövrünə aid tikinti qalıqları, müxtəlif səpkili, tipli yazılı daş abidələr, Alban qəbristanlığının qalıqları var, XV əsrdə tikildiyi güman edilən Minkənd məbədi də Alban (ağvan) memarlığının günümüzə kimi gəlib çatmış nümunəsidir. 
1992-ci ilin may işğalından sonra ermənilər kəndin adını Hak qoymuşdular.
Qarıqışlaq kəndi
Kənd dağların arasında yerləşir. Ağ yar, Qızıl qaya, Darca, Novulca, Kürə, Üçdərə, Kirdivan, Kaha, Sağmal otu, Maral bulağından axan sular yaxınlıqdakı çaya tökülür. Vaxtilə Qara göl (2670 metr), Novlu bulaq (2520 metr), Sona bulağı (2290 metr), Cilli göl (2000 metr) kimi sərin, gullu çiçəkli yaylaqlar, onlarla birlikdə buzlu bulaqlar dillər əzbəri olub. Kənd eyni zamanda, tarixi abidələri baxımdan da çox cəlbedicidir. "Ağzıbir" kahası (mağaraları) burada yerləşir.
Hoçaz kəndi
Kənd Hoçaz çayının sahilində, Qarabağ yaylasında yerləşir, adını da eyniadlı çaydan alır. Ərazisində yerləşən abidələr, xüsusilə, "Köhnə Hoçaz" adlanan sahədəki qədim tikili yerləri bu günədək qədər qalmaqdadır. Möhtəşəm Hoçaz Qayası zəngin mərmər daşlarının mənbəyidir. 
Məlik Əjdər türbəsi memarlıq ənənələrinin dəyərli örnəyidir. Məlik Əjdər türbəsinin digər türbələrdən fərqli cəhəti onun həcm quruluşundadır. Abidənin ümumi görünüşü türkdilli xalqlar arasında geniş yayılmış yurd quruluşunu xatırladır. 
Laçının şimalında, Gəlinqaya zirvəsindən cənubda Ermənistanla sərhəddə Alagöllər və Laçında yerləşən Qaragöl maraqlı görüntüsü ilə cəlb edir. Mənfur düşmən öz əkin sahələrinin suvarılmasında göllərin suyundan istifadə edib ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə səbəb olub.
Tariximizi unutmayaq, unudulmasına imkan verməyək. Laçın Azərbaycandır! Qarabağ Azərbaycandır!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ