Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


02/02/2022

Latviya Seymində məhsuldar görüşlər

Bu gün Milli Məclisin sədri Sahibə xanım Qafarova Latviyaya səfəri çərçivəsində bu ölkənin qanunverici orqanı - Seymin sədri İnara Murniyeste ilə görüşdü. Azərbaycan və Latviya parlamentləri arasında olduqca isti işgüzar münasibətlər mövcuddur. Xanım Murniyeste Bakıya etdiyi səfərdən böyük məmnunluq duyur və bu barədə bu gün keçirilən görüşdə bir daha vurğuladı. 
Dostluq qruplarımız arasında da sıx əməkdaşlıq var. Bir müddət öncə - ötən ilin iyun ayında Latviya parlamentinin Azərbaycanla dostluq qrupunun 44 günlük müharibə zamanı raket atəşinə məriz qalmış Gəncəyə, həmçinin işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərinə səfərləri olub. Sahibə xanım bugünkü görüşdə həmin səfərləri yüksək qiymətləndirərək, dostluq qrupu tərəfindən Xocalı soyqırımı barədə və Vətən müharibəsi zamanı verilən bəyanatlardan məmnunluğunu bildirdi.
Ölkələrimiz arasında münasibətlərin xüsusilə qanunverici orqanlar müstəvisində böyük potensialı var və hər iki tərəf bu imkanlardan maksimum şəkildə yararlanmaq əzmindədir 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ