Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


12/12/2023

Lissabon sammitinin yekun sənədi bugünkü zəfərimizin hüquqi əsasını təşkil edir

1993-cü ilin yayından etibarən ümummilli lider Heydər Əliyevin iradəsi ilə qazandığımız diplomatik uğurlar Qarabağ problemi ilə bağlı siyasətimiz üçün möhkəm bünövrə rolunu oynadı. Xüsusilə BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələr, habelə üç il sonra – 1996-cı ildə ATƏT-in Lissabon sammitinin yekun sənədi bugünkü zəfərimizin beynəlxalq hüquqi əsasını formalaşdırıb.

Dekabrın 6-da tarixi Lissabon sammitindən 27 il keçdi. Bütün bu illər ərzində Ermənistan tərəfi və onu himayə edən dövlətlər sammitin qəbul etdiyi yekun sənəddən irəli gələn prinsipləri inkar ediblər. Ter-Petrosyandan tutmuş Paşinyanın özünədək. Düzdür, bu gün Paşinyan etiraf edir ki, erməni separatçılarının aqibəti məhz həmin sammitdə həll olunmuşdu. Ancaq unutmayaq ki, 44 günlük Vətən müharibəsinədək onun özü də sələfləri ilə eyni mövqedən çıxış edirdi. Tək onu yada salaq ki, “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinin müəllifi də Paşinyandır. O, bu fikrindən yalnız müzəffər ordumuzun zərbələri nəticəsində imtina etdi və indi bugünkü məğlubiyyətlərinin köklərini 1996-cı ildə keçirilmiş sammitdə axtarır.

Bu nəticə hansı qətiyyətin hesabına əldə edilib, bu barədə danışmaq olduqca çətindir, həm də qürurludur. Biz Vətən müharibəsindən sonrakı üç ildə öz gözlərimizlə bəzi dövlətlərin və beynəlxalq təşkilatların necə Ermənistanı müdafiə etdikərini gördük. Fransa keçmiş Minsk qrupunun həmsədri kimi guya vasitəçi olmasına baxmayaraq, nəinki Ermənistanı, Azərbaycan ərazisində yuva salmış separatçıları açıq dəstəkləməyə başlamışdı. Bütün bunlar o reallıqda baş verdi ki, Azərbaycan hərbi qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edib. İndi təsəvvür edin bizim zəif vaxtlarımızda bu dövlətlər hansı gizli əməllər törədiblər, beynəlxalq müstəvidə Ermənistana hansı dəstəyi veriblər.

Ötən əsrin 90-cı illərinin reallığında Azərbaycan dilomatiyasının qazandığı Lissabon uğuru ulu öndər Heydər Əliyevin zəkası və diplomatik məharəti hesabına mümkün olub.Biz o vaxt da bilirdik ki, Lissabon qələbəsi gələcək nizamlama prosesinin əsasını təşkil edəcək və bu, hər birimizdə bir əminlik yaradırdı. Allah ulu öndərə rəhmət etsin, bu gün anım günüdür. İndi illər sonra Lissabon sammitinin nəticələrinin tarixi əhəmiyyətini daha aydın görə bilirik.


https://qafqazinfo.az/news/detail/lissabon-sammitinin-yekun-senedi-bugunku-zeferimizin-huquqi-esasini-teskil-edir-421135

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ