Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


28/11/2021

Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında

Madrid şəhərində keçirilən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası davam edir. Milli Məclisin sədri Sahibə xanım Qafarova assambleyanın iclasında çıxış etdi. Gündəlikdə duran məsələlər geniş spektri əhatə etdiyindən, Sahibə xanım çıxışında dünyanın bir sıra əsas aktual problemlərinə toxundu. Covid-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlər, vətəndaş cəmiyyətinin qayğıları, müasir demokratik proseslər fonunda dövlət-cəmiyyət əlaqələri və təbii ki, Ermənistan-Azərbaycan münasibətləri. Sahibə xanım çıxışında əsas diqqəti Ermənistanla Azərbaycan arasında 30 ildən çox davam edən münaqişənin normal qonşuluq münasibətlərinə transformasiya perspektivlərinə toxundu. Milli Məclisin sədri vurğuladı ki, münaqişə bitib və sülh münasibətlərini qurmaq vaxtıdır.
Qeyd edim ki, Sahibə xanımın çıxışı böyük diqqətə səbəb oldu ki, bunu sonra müxtəlif ölkələrinin parlament rəhbərlərinin nümayəndə heyətimizin rəhbəri ilə dialoqu, Azərbaycanda baş verən proseslərlə maraqlanmaq istəkləri sübut edirdi. Azərbaycanın yüksək beynəlxalq nüfuzu, xüsusilə işğal altında olan əraziləri üzərində suverenliyini bərpa etməsi əcnəbi həmkarlarımızın maraq dairəsindədir.
Həmkarlarım Nigar Arpadarai, Qüdrət Həsənquliyev, Kamran Bayramov və Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənovla birlikdə assambleyanın işində iştirakımız davam edir.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ