Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


17/10/2023

Manvel Qriqoryanın müsahibəsi ingilis dilinə tərcümə edilib.



Oktyabrın 11-də edilmiş paylaşımda erməni general, Azərbaycan torpaqlarının işğalı və mülki əhalinin qətlində iştirak etmiş Manvel Qriqoryanın illər öncə erməni mediasına verdiyi müsahibənin bir parçası diqqətinizə təqdim olunmuşdu ( https://fb.watch/nKdTM9Jl1Q/?mibextid=Nif5oz). M.Qriqoryan Qarabağda separatizm hərəkatının ilk günlərindən Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş cinayətlərdə iştirak edib. Birinci Qarabağ müharibəsində və sonra kriminal əməllərin nəticəsində var-dövlət toplayan Qriqoryan Ermənistanda da bir sıra cinayətlərin müəllifi olub. Ancaq Köçəryan-Sarkisyan hakimiyyətləri dövründə bu əməlləri ört-basdır edilib. Yalnız Paşinyan hakimiyyətə gələndən sonra 2 il müddətinə həbs olunub.
Qriqoryan Qarabağda tək azərbaycanlılara deyil, yerli ermənilərə qarşı da qəddarlığı ilə seçilib. Onun başçısılıq etdiyi dəstə azərbaycanlılarla döyüşmək istəməyən, separatizmə dəstək verməyən əhalini cəzalandırıb, uşaqları və yeniyetmələri azərbaycanlı həmyaşıdlarına qarşı aqressivliyə təhrik edib. O, erməni uşaqları məktəblərdən yayındıraraq meşələrdə yaradılmış xüsusi təlim düşərgələrinə cəlb, onları azərbaycanlılara qarşı silahlı mübarizə metodlarına yönəltmə tədbirlərinə rəhbərlik edib.
Erməni mediasına verilən bu müsahibə rus dilinə çevrilib. Bu günlərdə isə əməkdaşlarımız müsahibəni ingilis dilinə təcürmə ediblər. Müsahibə diqqətinizə ingilis dilində titrlərlə təmin edilmiş versiyada təqdim olunur. Müsahibəni sosial şəbəkələrdə və ingilisdilli platformalarda maksimum şəkildə paylaşmaq lazımdır ki, dünya bir daha 30 illik ədavətin kökləri, səbəbləri və müəllifləri barədə məlumat əldə edə bilsin.




Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ