Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


10/08/2020

Ermənilərin Marağa yalanı

Əziz dostlar!
İyulun 18-də paylaşdığımız statusda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ağdərə rayonu ərazisində “Marağa -150” abidəsindən bəhs etmişdik. Bu abidə Ağdərənin Marağa kəndində 1978-ci ildə ucaldılıb və ermənilərin indiki İran ərazisindən Qarabağa köçürülməsinin 150 illiyinə həsr olunub. 1828-ci ildə Rusiya və İran imperiyaları arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə torpaqlarımıza köçürülməsi baş verib. Dağlıq Qarabağda separatizm hərəkatı başlayandan sonra ermənilər bu abidəni tarixi sübut kimi dağıdıb və Qarabağımıza köçürülmə olduqlarının izlərini itirməyə çalışıblar. 
Statusu paylaşandan sonra həm seçicilərimizdən, həm də bizi izləyən soydaşlarımızdan çoxsaylı şərhlər almışıq. Onların bəzilərində qeyd olunur ki, bu abidənin mövcud olduğu yer və onun qalıqları olan ərazi hazırda bizim nəzarətimizdədir. Və abidə ərazisində bərpa işləri aparılıb. Bu istiqamətdə araşdırma aparmaq qərarına gəldik. Köməyimizə BDU-nin Qafqaz xalqları tarixi kafedrasının əməkdaşı Türkan İlqar çatdı. Türkan xanım əslən Ağdərənin Umudlu kəndindəndir. Atası İlqar Qasımov rayonun hər qarışını əzbər bilir. 
Beləliklə, Türkan xanımın sözlərinə görə, “Marağa-150” («Մարաղա 150») abidəsi dağılmağa məruz qalmasına baxmayaraq, hal-hazırda mövcuddur, öz nəzarətimiz altında olan ərazidədir və abidənin dəmir-beton konstruksiyadan ibarət 1.3 metr hündürlüyündə, əsas hissəsi üzərində narıncı sarı rəngdə mozaika ilə işlənmiş kuzənin yarı hissəsinin qalıqları, həmçinin hasarların 17-18 metri qalmaqdadır. Tərtər şəhərindən 20 dəqiqəlik yol məsafəsində yerləşir. Abidənin qalıqlarının mövcudluğu barədə Prezident cənab İlham Əliyevə məlumat verildikdən sonra həmin ərazidə təmizləmə, abadlıq işləri aparılıb. Son illərdə abidə xarici jurnalist və araşdırmaçılara nümayiş olunub, bu fakt onların yazdıqları kitablara, sənədli filmlərə daxil edilib. Vaxtilə abidənin sağ və sol tərəflərində mərmər daşdan üzərində 1828 və 1978 yazılmış lövhələr olub. Türkan xanım əmindir ki, o mərmər lövhələr torpağın altında qalıb və onları tapıb çıxarmaq lazımdır. 
Tarixçi-Qafqazşünas T.İlqarla söhbətimiz zamanı daha bir faktdan xəbərdar olduq. Üzərində “150” yazılmış abidə 1978-ci ildə Dağlıq Qarabağ ərazisində tək Marağada yox, daha 3 yerdə inşa olunub: Xankəndi şəhərinin girəcəyində “Nənə-baba” (“Mamik-Papik”) abidəsinin yerində, Tərtər rayonu Çaylı kəndində (“Çaylı-150”) və Ağdərə rayonunun yaxınlığında (“Craberd-150”). Təəssüf ki, onların hər üçü “Marağa-150”nin aqibətini yaşayıb...


Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ