Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
Ermənilərin 150 illik yalanı
18/07/2020
Şəkildə gördüyünüz abidə - "Marağa-150", Dağlıq Qarabağda, Azərbaycan SSR-nin Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qoyulub. Abidə 1828-ci ildə Rusiya və İran imperiyaları arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra indiki İranın Marağa şəhərindən ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinə həsr olunub. Hazırda bu abidə yoxdur. Ermənilər bizə məxsus tarixi abidələrlə yanaşı, özlərinin buraya gəlmə olduqlarını sübut edən nə varsa, dağıdıb, məhv ediblər.
İkinci şəkildə erməni terrorçuları həmin abidə fonunda şəkil çəkdiriblər. Göründüyü kimi, "Marağa-150" yazısı sökülüb.
Əziz dostlar, bu postu mümkün qədər çox paylaşmağınızı xahış edirəm!
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.