“Vikipediya”nın Azərbaycan və xarici dili bölmələrində Azərbaycanla bağlı məqalələrin zənginləşdirilməsi prosesi səmərəli şəkildə davam edir. Məqsəd yerli və xarici oxucuları ölkəmiz haqqında məlumatlarla təmin etməkdir. Eyni zamanda da Azərbaycan dili bölməsində uğurlu fəaliyyət müşahidə olunmaqdadır. Azərbaycan “Vikipediya” icmasının səmərəli fəaliyyəti nəticəsində “Vikipediya” virtual ensiklopediyasının Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət göstəricisi) 46-dan 48-ə yüksəlib. Bu münasibətlə “Vikipediya” icmasına gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
***
В разделах Википедии на азербайджанском и иностранных языках плодотворно продолжается процесс обогащения статей, связанных с Азербайджаном. Цель – снабдить местных и зарубежных читателей информацией о нашей стране. В то же время наблюдается успешная деятельность в азербайджаноязычном разделе. В результате эффективной работы азербайджанского сообщества Википедии глубина (показатель качества) раздела виртуальной энциклопедии на азербайджанском языке возросла с 46 до 48. Желаем нашему вики-сообществу успехов в дальнейшей деятельности.
Azərbaycanda fəaliyyət göstərmiş mühəndis texnoloq, memar
Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizin təbliği və ictimaiyyətin bu barədə dolğun informasiya təminatını həyata keçirmək məqsədilə “Vikipediya” virtual ensiklopediyasında Türkiyə türkcəsində Azərbaycana dair səhifələrin yaradılması və mövcud olan səhifələrin təkmilləşdirilməsi istiqamətində iş aparır. Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış azərbaycanlı tələbələrdən ibarət “Vikipediya könüllüləri” qrupu "Vikipediya"nın Türk dili bölməsində ““Harıbülbül Müzik Festivali” və Üzeyir Hacıbeyov məqalələrini zənginləşdiriblər.
***
Азербайджанский культурный центр в Турции, действующий при нашем посольстве в этой стране, работает над созданием на турецком языке новых страниц и усовершенствованием существующих публикаций об Азербайджане в Википедии с целью популяризации нашей национальной культуры и предоставления общественности содержательной информации о ней. Группа азербайджанских студентов «Волонтёры Википедии», созданная в Азербайджанском культурном центре, обогатила статьи о музыкальном фестивале Хары-бюльбюль и Узеире Гаджибекове в разделе Википедии на турецком языке.