Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


27/04/2022

Yap Gənclər Birliyinin 8 üzvü diplomlarla təltif edilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun təşəbbüsü ilə partiyanın ayrı-ayrı rayon təşkilatlarında təmsil olunan və ali məktəblərimizdə təhsil alan fəal gənclərimizə Vikipediyada fəaliyyətlə bağlı təlimlər başa çatıb. Yeni yaradılmış "Viki-klub"da birləşən gənclərə təlimləri "Qorqud" Vikipediya Metodik Klubun mütəxəssisləri keçiblər. Bu gün YAP-nın Mərkəzi Aparatında təlimlərdə yüksək aktivlik göstərmiş 8 gəncimizi partiyanın Gənclər Birliyinin və "Qorqud"un diplomları ilə təltif etdik.
Sonra gənclərimizin suallarını cavablandırdıq, fikir mübadiləsi apardıq. YAP tək Azərbaycanda deyil, bütün Cənubi Qafqazda ən böyük siyasi təşkilat olmaqla yanaşı, həm də iri müzakirə, polemika, fikir mübadiləsi müstəvisi, platformasıdır. Cənab Prezident, partiyamızın lideri İlham Əliyevin apardığı gəncləşmə siyasəti göstərir ki, gənclər YAP-ın aparıcı qüvvəsidir. Uğurla başa çatan bu təlimlər partiyamızın gənclərinin intellektual müstəvidəki imkanlarının artımına və hərtərəfli inkişafla yanaşı, dövlətimizin informasiya təhlükəsizliyinə öz tövhəsini verəcək.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ