Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


23/11/2022

Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

Bu gün Azərbaycan parlamentarizmi və parlament diplomatiyası tarixinə əlamətdar gün kimi daxil olub. Kambocada keçirilən ASEAN Parlament Assambleyasının 43-cü Baş Assambleyası çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi quruma müşahidəçi qismində üzv kimi qəbul olunub. Milli parlamentarizmimiz üçün tamamilə yeni istiqamət olan ASEAN dövlətlərinin qanunverici orqanları ilə qurum daxilində sıx münasibətlərin qurulması dünyada müttəfiqlərimizin və dostlarımızın sayına say qatıb.

ASEAN PA-a üzvlük proseduruna görə, müraciətin təqdim edilməsindən sonra təqribən 2-3 il onun araşdırılması prosesinə ayrılır. Milli Məclisin müşahidəçi qismində qəbulu prosesinə isə dərhal cavab verilib və dəstəklənib. Bu, dövlətimizin dünyada olan yüksək nüfuzunun daha bir göstəricisi kimi qiymətləndirilməlidir. Azərbaycan parlamenti ilə yanaşı ABŞ Konqresi, Nepal Demokratik Respublikasının Milli Assambleyası və Gürcüstan parlamenti də müşahidəçi üzv qismində ASEAN PA-a qəbul ediliblər.

Noyabrın 23-də keçirilən qəbuletmə mərasimində üçrəngli bayrağımız səhnəyə gətirilib. Kamboca Krallığı Milli Assambleyasının sədri, ASEAN PA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin Milli Məclisin müşahidəçi üzv qəbul olunması ilə bağlı sənədi Azərbaycan parlamentinin sədri Sahibə xanım Qafarovaya təqdim edib.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ