Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


11/02/2023

Milli Məclis Türkiyəyə yardım kampaniyasına qoşuldu

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkmiş əhaliyə yardım məqsədilə dövlətimiz tərəfindən təşkil edilən dəstək aksiyasına hökumətimiz və xalqımızla yanaşı Milli Məclis də qoşularaq fəal iştirak edir. Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib. Bu texniki avadanlıqlar hesabına yüzlərlə bacı və qardaşlarımız isinəcək və elektrik enerjisi ilə təmin olunacaq. Fevralın 9-da deputat həmkarlarımızla Bakı İdman Sarayında Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yardım kampaniyasında da iştirak etmişdik. Bu, bizim türk xalqı və millət vəkili həmkarlarımızla həmrəyliyimizin göstəricisi, Türkiyənin acısını öz acımız olaraq qəbul etdiyimizin əyani nümayişidir. Mən öz adımdan bu nəcib təşəbbüsü təqdir edir, Milli Məclis sədrinə təşəkkürümü bildirirəm. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Biz birlikdə güclüyük!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ