Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Milli Məclisdə 2022-ci ilin 6 ayına dair hesabat

18/03/2023


Dünən hökumət Milli Məclisdə 2022-ci ilin 6 ayına dair hesabat verdi. Ötən il müasir tariximizdə iqtisadi baxımdan olduqca əlamətdar nailiyyətlərlə yadda qalıb. Tariximizin ən böyük büdcəsini qəbul etmişik. İşğaldan azad olunmuş ərazilərimizdə yaşayış və istehsal infrastrukturunun bərpasına böyük miqdarda vəsait yatırılıb və bu proses davam edir. Hökumətin nailiyyətlərinin statistik göstəricilərinə büdcə müzakirələri ərzində toxunmuşuq. Dünənki çıxışımda iqtisadiyyatımızın bir neçə aspektinə toxundum. Ümumən fəaliyyət qənaətbəxşdir, ancaq düşünürəm ki, bundan artığına nail olmaq üçün hökumətin ciddi potensialı var:
- Vergi toplanması sahəsində olduqca yüksək rəqəmlər əldə olunub. Nəzərə almaq lazımdır ki, Prezidentin Sərəncamı ilə daha 1 il ərzində sahibkarlıq subyektlərində yoxlamalar olmayacaq. Deməli, biz yoxlamalarsız da yüksək göstəricilər əldə edə bilərik. Bu həm hökumətin nailiyyətidir, həm vergi mədəniyyətinin formalaşması;
- sosial sfera əhali ilə işin ana xəttini təşkil edir. Aztəminatlı ailələr, şəhid ailələri və fiziki məhdudiyyətli kontingentin rifah halı istiqamətində mühüm işlər görülsə də, əhali ilə təmasda olan millət vəkili kimi həyata keçirilməli çox tədbirlərin olduğunu deyə bilərəm;
- gömrükdə pozitiv dəyişikliklər baş verir. Bu, xüsusilə orta və kiçik biznes üçün faydalı olacaq. Görüləsi işlər var.




Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ