Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


25/05/2023

Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin icrasını müzakirə etdik. Dünyada baş verən ümumi böhran fonunda 2022-ci il ölkəmizdə iqtisadi inkişaf baxımından uğurlu olub. Ölkədə maliyyə-iqtisadi sabitlik qorunub saxlanılıb, ümumi daxili məhsulun artımına nail olunub, qarşıda duran hədəflərin icrası ilə bağlı müsbət nəticələr əldə edilib.

2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ümumi daxili məhsulun həcmi 100 milyard manatı ötərək, 133,8 milyard manat təşkil edib. Ötən il orta illik inflyasıya 13,9 faiz təşkil edib. Azərbaycanda inflyasiya ilə mübarizə sahəsində atılan addımlar onun mənfi təsirlərinin azalmasına imkan yaradıb. Komitə sədri Tahir Mirkişili bildirdi ki, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481 milyon manat artıq  olub, xərcləri isə 32 milyard 64,6 milyon manat həcmində icra edilib. İcra göstəricilərinin yüksək olduğu və bunun qarşıda duran hədəflərin yerinə yetirilməsi baxımından əhəmiyyətini nəzərə alsaq, kəsir 3,1 milyard manat planlaşdırılıb, nəticədə isə 1 milyard 385 milyon manat təşkil edib. 

Maliyyə nazirinin müavini Azər Bayramov bildirdi ki, 2022-ci ildə əsas kapitala yönəldilən vəsaitin məbləği 18,3 milyard manat təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 80,6 faizi daxili mənbələr hesabına formalaşıb. İnvestisiyaların 5,4 milyard manatı neft, 12,9 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb.

Ötən il xarici ticarət üzrə əməliyyatların həcmi 56,2 milyard ABŞ dolları olub. Bunun 41,7 milyard dolları ixrac, 14,5 milyard dolları isə idxal əməliyyatlarının payına düşür. 23,5 milyard ABŞ dolları həcmində və ya əvvəlki illə müqayisədə 2,8 dəfə çox profisit qeydə alınıb.

2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat olub. Dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 22,9 faiz təşkil edib. Büdcə gəlirlərinin 50,7 faizi Dövlət Vergi Xidmətinin, 18,4 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 25,8 faizi Dövlət Neft Fondundan transfertin, 5,1 faizi digər gəlirlər üzrə daxilolmaların payına düşür. Büdcə gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15 milyard 350 milyon manat təşkil edir. 

Müzakirələr ərzində maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla komitə üzvləri arasında ətraflı fikir mübadiləsi oldu

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ