Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


22/06/2023

Milli Məclisdə çexiyalı deputatlarla görüş

Bu gün Milli Məclisdə Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşümüz oldu. Qonaqlar artıq 3 gündür Azərbaycanda səfərdədirlər. Onlar Bakıda bir sıra görüşlər keçirib, işğaldan azad edilmiş Ağdamda olublar. 

Hesab edirəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərlə yanaşı, sırf parlamentlərarası əlaqələrimizin inkişafına ciddi təkan olacaq. Çexiyanın Azərbaycandakı səfiri cənab Milan Sedlaçekin də qeyd etdiyi kimi, parlamentlər və dostluq qrupları ölkələr arasında siyasi münasibətlərlə yanaşı iqtisadi təmasların da intensivləşməsini sürətləndirə bilər.

Həmkarlarım Jalə Əhmədova və Nurlan Həsənovun da iştirak etdikləri görüşdə çexiyalı deputatlarla gəldiyimiz ortaq rəyə əsasən, qarşıdakı dövrdə əlaqələrimizi iki istiqamətdə möhkəmlətməyə çalışacağıq: Qarabağ və Azərbaycan həqiqətlərinin Çexiya cəmiyyətinə çatdırılması işinin gücləndirilməsi və iqtisadi əlaqələrə dəstək. Yeri gəlmişkən, çex həmkarlarımız Çexiya şirkətlərini Qarabağ və Şərqi Zəngəzurun bərpası işində iştiraka səsləyəcəklərini bildirdilər

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ