Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


24/05/2024

Milli Məclisdə dövlət büdcəsi müzakirə olundu

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini müzakirə etdik. 2023-cü ildə də əvvəlki illərdə olduğu kimi dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub, iqtisadiyyatda artım izlənilib. Olduqca müsbət haldır ki, bu artım tamamilə qeyri neft-qaz sektorunun hesabına təmin edilib. Bu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində olduqca ciddi nailiyyətdir.

Ümumi Daxili Məhsul 123 milyard manat təşkil edib. Adambaşına ÜDM real ifadədə 0.5% artaraq 12.1 min manat olub. Qeyri-neft/qaz sektoru üzrə real artım tempi 3.7%, neft/qaz sektoru üzrə real artım tempi 1.7% müşahidə olunub. Neftin qiyməti 2023-cü ilin büdcə zərfində 60 dollardan götürülsə də, “Azerilight” neftinin bir barelinin orta illik qiyməti 86.1 dollar olub. Əhalinin nominal gəlirləri 12.8% artaraq 78.1 milyard manat təşkil edib. Hesabat ilində ixrac 27.6 milyard dollar, idxal 17.3 milyard dollar, müsbət saldo 10.3 milyard dollar olub. Məcmu valyuta ehtiyatları 17.1% artaraq 68.5 milyard dollara çatıb.

2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35236,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 4,0 faiz çox, dövlət büdcəsinin xərcləri 36457,9 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,5 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1221,5 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,3 faiz az olub. Hesablama Palatası tərəfindən dövlət büdcəsi gəlirlərnin 97.8%-ni, xərclərinin isə 85.5%-ni əhatə edən vəsaitlərin qurumlar tərəfindən təqdim edilən hesabatlarla üzləşməsi aparılıb. İşğaldan azad edilmiş ərazilər üçün ayrılan 4.8 milyard manat vəsait tam icra edilib.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ