Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
25/10/2022
Milli Məclisdə Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilib
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Mərkəzi Bankın nümayəndələri ilə görüşümüz oldu. Görüşdə inflyasiya, bank sahəsində keçiriləcək islahatlar, pul-kredit siyasətinin istiqamətləri müzakirə olundu. Komitə sədri Tahir Mirkişili qeyd etdi ki, dövlət başçısı tərəfindən bank sahəsində islahatların həyata keçirilməsi, bu sahənin özünün iqtisadi yüksəlişdə və məşğulluğun təmin olunmasında daha yaradıcı rolunun artırılması ilə bağlı konkret tapşırıqlar var. Son səkkiz ayın rəqəmlərinə əsasən, Azərbaycanda kreditləşmədə, nağdsiz hesablaşmaların həcminin böyüməsində, bank sahəsində çalışan insanların sayında, məşğulluğun artımında müsbət dinamika izlənilir.
Qeyd etmək lazımdır ki, qanunverici orqanla Mərkəzi Bank arasında aktiv fikir mübadiləsi və müzakirələr olduqca müsbət haldır. Mərkəzi Bank rəhbərliyinin bu tendensiyanı dəstəkləməsi və həm təkliflərə, həm də diskussiyaya açıq olması tədqirəlayiqdir.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.