Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


06/10/2023

Milli Məclisdə rəqabət məcəlləsi ilə bağlı qanun müzakirə edilib

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini müzakirə etdik. Rəqabət Məcəlləsi ilə bağlı komitəyə indiyədək 60-a yaxın  təklifin daxil olmasını cəmiyyətin, o cümlədən deputatların məcəlləyə olan marağının mühüm göstəricisi kimi dəyərləndirib. Daxil olan təkliflər və onlarla bağlı aparılan işlər barədə məlumat verən komitə sədri istənilən qanunun qəbulu üçün əlverişli mühitin və icra mexanizmlərinin yetişməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 4 dəfə böyüyüb, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəmiz 10 dəfə artıb. Təkcə son 5 ildə Azərbaycanda dövlətlə sahibkar arasında etimad mühitinin artırılması istiqamətində kifayət qədər işlər görülüb. Komitə sədri Tahir Mirkişiki bildirdi ki, ölkəmizdə formalaşmış sabit iqtisadi mühitdə Rəqabət Məcəlləsinin qəbulu böyük uğur vəd edir. Məcəllənin məqsədi həm də bazar iqtisadiyyatının 3 mühüm elementindən biri olan rəqabətin təmin olunması ilə iqtisadi inkişafın özəl təşəbbüslərə əsaslanan artım  modelini daha da inkişaf etdirməkdir.

İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadi inkişafın sürətlənməsi və biznes mühitinin səmərəliliyinin artırılmasında azad rəqabət siyasətinin tətbiqi və antiinhisar fəaliyyəti sahəsində hüquqi çərçivələrin müəyyən edilməsinin vacibliyindən bəhs edib. O, haqsız rəqabətin aradan qaldırılması və onunla barışmaz mübarizənin aparılması ilə bağlı cənab Prezidentin hökumətin qarşısına qoyduğu tapşırıqları diqqətə çatdıraraq Rəqabət Məcəlləsinin hazırlanması prosesindən danışıb və bildirib ki, Rəqabət Məcəlləsi hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.

Mikayıl Cabbarov  diqqətə çatdırıb ki, məcəllə rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi  təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Vurğulanıb ki, Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyllərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir.

Ədalətli rəqabətin təmin olunması nəticəsində qiymətlərin azalması və məhsul çeşidinin genişlənməsi imkanlarına diqqət çəkən nazir bu prosesin təkcə dövlət və sahibkarlar üçün deyil, istehlakçılara da faydalı olacağını xüsusi vurğulayıb. O, məcəllədə ölkənin sürətli iqtisadi inkişafına xidmət edəcək tənzimləmə mexanizmləri barədə ətraflı məlumat verib.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ