Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
22/05/2024
Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün Milli Məclisin komitələrinin Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə iştirak etdik.
Gənclər və idman komitəsinin rəhbəri, Milli Məclisin sədr müavini Adil Əliyev dövlət başçılarının səmimi dostluğu sayəsində ölkələrimiz arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsindən, parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərə verdiyi töhfədən danışaraq bildirdi ki, bu gün ölkələrimiz arasında mövcud olan möhkəm dostluq, qardaşlıq münasibətlərinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının sarsılmazlığı gündəlik həyatımızın bütün sferalarında nümayiş olunur. Parlament sədrinin müavini 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Zəfər yürüşümüz zamanı qardaş ölkənin verdiyi mənəvi dəstəyin, ədalətli mövqeyin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını bildirdi.
Beynəlxalq parlament təsisatlarında qardaş ölkələrin bir-birinə verdiyi dəstəyi vurğulayan vitse-spiker parlamentlərarası münasibətlərimizin yeni müstəviyə daşındığını diqqətə çatdırdı və parlament diplomatiyası sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etdi.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.