Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


16/01/2024

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü ildə ilk iclası

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü ildə ilk iclasında iştirak etdik. Gündəlikdə duran əsas məsələlər ötən ilin iqtisadi yekunlarının müzakirəsi, qarşıdakı müddətdə, yəni 2024-cü ilin iş planına dair fikir mübadiləsi idi. Eyni zamanda, ötən ilin payız sessiyası ərzində komitənin fəaliyyəti bir daha nəzərdən keçirildi.

VI çağırış Milli Məclisin komitə iclaslarında hər hansı qanun layihəsinin müzakirəsi zamanı dövət strukturlarının təmsilçilərinin, sahibkarların, ictimai təşkilatların, QHT nümayəndələrinin müzakirələrə dəvət edilməsi, yaxud mövzu ətrafında dinləmələrin təşkil edilməsi müsbət effekt verir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bu təcrübədən geniş istifadə olunur. Bugünkü iclasda təklif etdim ki, komitə iclasları ərzində təşkil edilən dinləmələrə Milli Məclisin digər komitələri də dəvət olunsun. Çünki bir çox hallarda müzakirə edilən layihə və problem həm də digər komitələr üçün aktual olur. Birgə müzakirələr məsələyə hərtərəfli və operativ yanaşmanı təmin edə bilər

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ