Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


03/11/2022

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə etdik. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. 2022-ci ildə bütün dünyada uzun illər görünməyən inflyasiya, bunun nəticəsində isə ərzaq qıtlığı müşahidə olunur və iqtisadi böhranın aradan qaldırılması ilə bağlı tədbirlər görülməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallıqlar və yeni imkanlar sayəsində 2022-ci ildə ölkə iqtisadiyyatında dayanıqlı və davamlı artıma nail olunub. Cari ilin 9 ayı ərzində Ümumi Daxili Məhsul (ÜDM) 5,6 faiz artaraq 98 milyard manat, qeyri-neft sektorunda ÜDM isə 10,1 faiz artaraq 50 milyard manatdan çox olub. Keçən dövr ərzində ixrac 19 milyard ABŞ dollarından çox, o cümlədən qeyri-neft ixracı 24 faizdən çox, strateji valyuta ehtiyatları 55 milyard ABŞ  dollarından çox, əhalinin nominal gəlirləri 20 faizdən çox, orta aylıq əmək haqqı 14 faizdən çox artıb. Ötən 9 ay ərzində orta illik inflyasıya 13,4 faiz, ərzaq inflyasiyası isə 19 faizə yaxın olub. Bütövlükdə, 2022-ci ildə büdcə gəlirlərinin artması müşahidə olunub. Ötən dövr ərzində ölkə iqtisadiyyatı uğurlu inkişaf edib.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ